Məhkəmə qərarları › İş №e-2(075)-249/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-249/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-249/2025 04.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 1000 manat dəymiş maddi ziyan və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 6/4 ünvanında yaşayır. 10 mart 2024-cü ildə özünə məxsus olan NAMA 48-2 markalı motosiklet satmaq istədikdə əvvəlcədən tanımadığı Cavabdeh oğlu motosikleti almaq istədiyini bildirib baxdıqdan sonra bəyəndiyini qeyd edərək hansı məbləğə satmağı barədə ondan soruşduqda, o, motosikletin dəyərini Cavabdeh ilə 1000 manata razılaşmışdır. O, İlhamla həmin pulu ayda 200 manat olmaqla 5 ay müddətinə hissə-hissə ödəyəcəyi ilə bağlı razılaşmışdır. Cavabdeh pulu hissə-hissə ödəyəcəyi ilə bağlı ona yazılı iltizam və özünə məxsus evin sənədlərini vermişdir. O da ona inanıb özünə məxsus motosikleti istifadə etməsi üçün ona vermişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq indiyədək cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmiş və ona məxsus motosiklet geri qaytarılmamışdır. Onun bu hərəkətindən Şəki Şəhər-Rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh Qabil oğlu tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı Nama 482 rəngi qara ağ model motosikleti 5 ay müddətə ayda 200 AZN olmaqla, cəmi məbləğ 1000 AZN olaraq kredit şərti ilə aldığını, ödənişə aprel ayının 15-dən başlayacağını bildirmiş, ödənişi ödəmədiyi təqdirdə ödənişlərin batması şərti ilə matosikleti geri qaytaracağını bildirmişdir. - Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 icraatında olah HK-1/1387 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındaki 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçının müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh Qabil oğlunun Şəki ŞRPŞ-nə verdiyi izahatının surətindən görünür ki, cavabdeh 2024-cü ilin aprel ayında quhumu Nihad adlı şəxsdən 1000 manat pul istəmişdir. Nihad ona pulunun olmadığını bildirib motosikleti satıb ona pul verəcəyini bildirmişdir. Nihadla birlikdə motosikleti 700 AZN-ə satmışdır. Lakin Nihad ona motosikleti 1000 AZN-ə vermişdir. Ondan girov kimi evin sənədlərini istəmişdir. O da evin sənədlərini ona verib, 5 ay müddətinə hissə-hissə qaytaracağını demişdir. Lakin maddi cəhətdən sıxıntıları olduğu üçün o, həmin pulu Nihada qaytara bilməmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə pulunu hissə-hissə ödəmək şərti ilə 1000 manat dəyərində motosikl satılmışdır. İddiaçı borc məbləğindən heç bir ödəniş olunmadığını bildirmiş, cavabdeh isə iddia tələbinə qarşı münasibət bildirməmişdir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (min) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar