Məhkəmə qərarları › İş №e-2(075)-2492/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2492/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2492/2022 29.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 591,42 AZN əsas borc, 2,79 AZN faiz borcu olmaqla, cəmi 594,21 AZN borcun və ödənilmiş 30,40 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 25.1-ci maddəsinə əssən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 251.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh 06 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 251.1.1-ci maddəsinin tələbindən də müəyyən edildiyi kimi işə məhkəmədə baxılarkən mübahisə tərəfi öldükdə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Lakin iddia tələbinin yönəldiyi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməsindən daha əvvəl, yəni 06 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən səbəblərdən də iddiaçı "xxxx" KB ASC mərhum Cavabdeh qarşı deyil, onun vərəsələrinə qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiasına Cavabdeh iddianın məhkəməyə təqdim edilməsinədək vəfat etməsi nəzərə alınaraq məhkəmədə baxılmalı deyildir. Bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməli, iddiaçı "xxxx" KB ASC-nə notariat və yaxud da müvafiq icra hakimiyyəti orqanına müraciət edib, Cavabdeh vərəsələrini müəyyənləşdirdikdən sonra onlara qarşı məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" KB ASC-nə notariat və yaxud da müvafiq icra hakimiyyəti orqanına müraciət edib, Cavabdeh vərəsələrini müəyyənləşdirdikdən sonra onlara qarşı məhkəməyə iddia təqdim etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar