Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2495/2025 13.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 Rəafel oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 859,74 (səkkiz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 518,45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat olmaqla, cəmi 1378,19 (bir min üç yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 33,79 (otuz iüç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh3 qarşı 866,98 manat əsas borc, 518,45 manat faiz borcu olmaqla, cəmi 1385,43 (bir min üç yüz səksən beş manat qırx üç qəpik) məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-cü il tarixli S-FK-SHE- 261 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Şəkin filialı ilə Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh3 24 ay müddətinə illik 24 %-lə 1525 (bir min beş yüz iyirmi beş manat) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəkin filialı ilə Cavabdeh1 və Cavabdeh2 ilə 04 sentyabr 2013-cü il tarixli 2013- M-693 saylı Zaminlik müqavillələri bağlanmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, Cavabdeh3 hazırda olan əsas borc üzrə 859,74 manat əsas borc, 518,45 manat faiz borcu olmaqla, cəmi 1378,19 (bir min üç yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində təşkil edir. Borcun ödənənilməsi tələbi ilə Cavabdeh3 və onun zaminləri Cavabdeh1 və Cavabdeh2 dəfələrlə müraciət olunmağına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 iddia ərizəsinin müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3 Rəafel oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 859,74 (səkkiz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 518,45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat olmaqla, cəmi 1378,19 (bir min üç yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 33,79 (otuz iüç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh3 24 ay müddətinə illik 24 %-lə 1525 (bir min beş yüz iyirmi beş manat) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASCnin Şəki filialı ilə Cavabdeh1 və Cavabdeh2 ilə 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı Zaminlik müqavillələri bağlanmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin susidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfindən məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina edilməsi barədə qərar çıxarılması üçün əsasdır. Öhdəliklərin icra müddəti 2015-ci ildə başa çatdığından, kreditor isə zaminə qarşı 10 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Bu hal isə zaminliyə xitam verilməsi deməkdir. Qeyd etdiklərimə və zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən iddia tələbinin ona, Cavabdeh2 aid hissədə rədd edilməsini və həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh1 iddia ərizəsinin müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3 Rəafel oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 859,74 (səkkiz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 518,45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat olmaqla, cəmi 1378,19 (bir min üç yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 33,79 (otuz iüç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh3 24 ay müddətinə illik 24 %-lə 1525 (bir min beş yüz iyirmi beş manat) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 və Cavabdeh2 ilə 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı Zaminlik müqavillələri bağlanmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin susidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfindən məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina edilməsi barədə qərar çıxarılması üçün əsasdır. Öhdəliklərin icra müddəti 2015-ci ildə başa çatdığından, kreditor isə zaminə qarşı 10 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Bu hal isə zaminliyə xitam verilməsi deməkdir. Qeyd etdiklərimə və zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən Sizdən iddia tələbinin ona, Cavabdeh1 aid hissədə rədd edilməsini və həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək, borcu ödəməyə razı olduğunu, lakin hazırda imkanı olmadığını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 2013- M-693 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 1525 (min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. - 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir. - 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Cavabdeh2 və Cavabdeh1 “Bank” qarşısında 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - xx.xx.2025-ci il tarixli, 160 nömrəli bildirişdən görünür ki, Cavabdeh3 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə xəbərdarlıq edilmiş, borcun 3 (üç) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli, 161 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 saylı kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə xəbərdarlıq edilmiş, borcun 3 (üç) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 33.79 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, bank ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin Cavabdeh3 isə öhdəliklərin icrasını lazımi qaydada həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Zaminlik müqaviləsi 04 sentyabr 2013-cü il tarixdə bağlanmış, 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh2 və Cavabdeh1 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 2013-M-693 nömrəli zaminlik müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2015-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tələb irəli sürülməsi əsassızdır. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.79 (otuz üç manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 33.79 (otuz üç manat yetmiş doqquz qəpik)manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh3 859.74 manat əsas, 518.45 manat faiz borcu, cəmi 1378.19 manat borc və 33.79 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 859.74 (səkkiz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat əsas, 518.45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat faiz, cəmi 1378.19 (bir min üç yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat borc və 33.79 (otuz üç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2495/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2495/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver