Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2508/2025 06.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 65,66 (altmış beş manat altmış altı qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 4251,99 manat əsas borc, 1083,39 manat faiz borcu olmaqla, cəmi 5335,38 (beş min üç yüz otuz beş manat otuz səkkiz qəpik) məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-cü il tarixli S- FK-SHE-264 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh2 60 ay müddətinə illik 26%-lə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 ilə 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh1 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, Cavabdeh2 hazırda olan əsas borc üzrə 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində təşkil edir. Borcun ödənənilməsi tələbi ilə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmağına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3481.99 manat, faiz borcu üzrə 1083.39 manat olmaqla cəmi 4565.38 manat məbləğində borcun və ödənilmiş 65.66 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh2 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 ilə 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı Zaminlik müqaviləsi bağlanmışdır. O, Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ona qarşı qaldırılmış iddia ilə əlaqədar iddia müddəti keçdiyi üçün işə məhkəmə tərəfindən baxılmadan iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin müddət öhdəlik üzrə icra müddətinin başa çatdığı gündən hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddia tələbindən də görünür ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh2 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün grafik tərtib edilmişdir. Öhdəliklərin icra müddəti xx.xx.2018-ci ildə başa çatdığından, kreditor isə cavabdehə qarşı 7 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən cavabdehə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş üç illik müddət ötürülmüşdür. Qeyd etdiklərini və cavabdehə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş üç illik müddət ötürüldüyündən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ona Cavabdeh2 qarşı qaldırılmış iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 da iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qatdada əsas borc üzrə 3481.99 manat, faiz borcu üzrə 1083.39 manat olmaqla cəmi 4565.38 manat məbləğində borcun və ödənilmiş 65.66 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh2 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 ilə 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbindən də görünür ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh2 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün grafik tərtib edilmişdir. Həmin kredit müqaviləsinə əsasən öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 ilə 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Öhdəliklərin icra müddəti xx.xx.2018-ci ildə başa çatdığından, kreditor isə zaminə qarşı 7 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Bu hal isə zaminliyə xitam verilməsi deməkdir. Qeyd etdiklərimə və zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərədə tutulmuş iddia müddəti ötürüldüyündən Sizdən iddia tələbinin mənə, Cavabdeh1 aid hissədə rədd edilməsini xahiş edirəm. İmza Cavabdeh1 Tarix: xx.xx.2025-ci il İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 2013- M-1091 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 (altmış) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. - 10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir. - 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Cavabdeh1 “Bank” qarşısında 10 dekabr 2013-cü il tarixli, 2013-M- 1091 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - xx.xx.2025-ci il tarixli, 158 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə xəbərdarlıq edilmiş, borcun 10 (on) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli, 159 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 saylı kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə xəbərdarlıq edilmiş, borcun 10 (on) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 10 dekabr 2013-cü il tarixli, 2013-M-1091 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 65,66 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, bank ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin Cavabdeh2 isə öhdəliklərin icrasını lazımi qaydada həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddia müddətinin keçməsi ilə bağlı ərizəsi əsassızdır və təmin edilməməlidir. İş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə öhdəliyi xx.xx.2018-ci il tarixdə başa çatsa da, cavabdeh (borclu) xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək mütəmadi olaraq ödənişlər həyata keçirmişdir ki, bu da Mlki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan halın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də iddia tələbi Cavabdeh2 pulun tutulması hissəsində təin edilməlidir. Cavabdeh1 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Zaminlik müqaviləsi 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh1 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli 2013-M-1091 nömrəli zaminlik müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2014-cü il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh1 qarşı tələb irəli sürülməsi əsassız və həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 65,66 (altmış beş manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 65,66 (altmış beş manat altmış altı qəpik)manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat əsas, 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat faiz, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat borc və 65,66 (altmış beş manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2508/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2508/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver