Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-252/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Habibillah qızının Cavabdeh qarşı “pul və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Habibillah qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh; bankdan kredit şəklində götürməklə, nağd olaraq, əlbəəl ona verdiyi 16000 (on altı min) manatın banka ödədiyi faizləri ilə, adına bank kreditilə aldığı 1950 (bir min doqquz yüz əlli) manat dəyərində noutbukun dəyərinin banka ödədiyim faizləri ilə olmaqla ümumilikdə 17950 (on yeddi min doqquz yüz əlli) manatın banka ödədiyi faizləri ilə və dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş yüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı Habibillah qızı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh bankdan 9500 (doqquz min beş yüz) manat kredit şəklində götürdüyü və üstünə öz saxlancında olan 6500 (altı min beş yüz) manatı əlavə edərək, nağd olaraq, əlbəəl ona verdiyi 16000 (on altı min) manatın üzərinə 20%, yəni 3600 (üç min altı yüz) manat bank faizini əlavə etməklə ümumilikdə 19600 (on doqquz min altı yüz) manatın; adına bank kreditilə aldığı 1950 (bir min doqquz yüz əlli) manat dəyərində noutbuka ödənilmiş 1950 (bir min doqquz yüz əlli) manatın 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 19990 (on doqquz min doqquz yüz doxsan) manatla, dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş yüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışmaqla, iş yoldaşı Cavabdeh tərəfindən aldadılmış və ona, 2024-cü ilin fevral ayında bankdan kredit götürərək, 16000 (on altı min) manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. Cavabdeh ondan aldığı vəsaitlə hansısa işə pul qoyacağını və qazancdan ona da pay ayıracağını vəd etmiş, lakin sonradan aydın olmuşdur ki o, sadəcə olaraq aldatmışdır. Bundan başqa eyni vaxtda, adına kreditə götürməklə, qiyməti 1950 (bir min doqquz yüz əlli) manat olan noutbuk da almışdır ki, həmin noutbukun borcunu hazırdada banka o ödəyir. xx.xx.2024-cü il tarixində o, Cavabdeh yaxınlaşaraq verdiyi pulu tələb etdikdə o, pulu tezliklə qaytaracağına söz vermiş və bu barədə iltizam yazaraq imzalamışdır. İltizamda Cavabdeh qeyd etmişdir ki, aldığı borcun bütün məbləğini xx.xx.2024-cü il tarixində geri qaytaracaqdır. xx.xx.2024-cü il tarixində isə aydındır ki, iş üzrə cavabdeh verdiyi sözə əməl etməmişdir. xx.xx.2024-cü il tarixdə o, yenidən cavabdehə müraciət edərək borcu qaytarmasını tələb etdikdə o, bu dəfə imtina cavabı ilə paralel, pulu geri qaytarmaq iqtidarında olmadığını bildirmişdir. İş üzrə cavabdeh ondan aldığı borcu qaytarmaq istəmir. Belə ki, son vaxtlar artıq nəinki görüş, heç telefon zənglərinə də, düz-əməlli cavab da vermir və yaxud cavab vermək istəməməklə dialoqdan qaçır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Habibillah qızı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı Habibillah qızı məhkəməyə 05 mart 2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı Habibillah qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun iş yoldaşıdır. Cavabdeh ondan şirkətə pul qoyaraq aylıq qazanc əldə edəcəyini bildirərək pul almışdır. O, bankdan 9500 manat kredit götürmüş, həmçinin qızıllarını sataraq ümumilikdə 16000 manat pul vermişdir. Sonradan cavabdeh həmin puldan 4500 manat borcunu qaytarmışdır. Cavabdehə dəfələrlə borcun qaytarılmasını bildirsə də indiyə kimi pul qaytarılmamışdır. Verdiyi borcdan başqa əlavə olaraq ödədiyi faiz pullarını da cavabdehdən tələb edir. Bütün qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahişe etdi. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədiq edilmiş; İddiaçı Habibillah qızı ilə Cavabdeh arasında yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünur ki, Cavabdeh İddiaçı Habibillah qızından aldığı 16000 manat pulu xx.xx.2024-cü il tarixdə qaytaracağına söz vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Bundan başqa cavabdeh öhdəliyini, yəni iddiaçıya olan borcunu vaxtında ödəməməklə iddiaçıya maddi ziyan vurmuş və onun bu hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində də göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Habibillah qızı ilə Cavabdeh arasında notarial qaydada olmasa belə yazılı olaraq pulun götürülməsi və borcun xx.xx.2024-cü il tarixdə qaytarılmasına söz verməsi barədə xx.xx.2024-cü il tarixli razılaşma olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək cavabdeh tərəfindən borcundan ona 4500 (dörd min beş yüz) manat qaytardığını bildirmişdir. Bu səbəbdən də iddiaçının cavabdehdən həmin hissədə pulu tələb etməkdə iddiası əsassızdır. Həmçinin İddiaçı Habibillah qızı 16000 (on altı min) manatın üzərinə 20 faiz ödədiyi yəni 3600 (üç min altı yüz) manat bank faizini həmçinin kreditilə 1950 (bir min doqquz yüz əlli) manat aldığı Notebookun 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumi faiz borclarını tələb etsə də həmin ödədiyi faizlərin ödəniş cədvəllərini əlavə etməmiş, həmçinin cavabdeh ilə bununla bağlı aralarında razılaşmanın olması barədə heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də yəni 3990 (üç min doqquz yüz doxsan) manat təmin edilməməlidir. Bütün qeyd edilən halları nəzərə alaraq məhkəmə ümumilikdə 8490 (səkkiz min dörd yüz doxsan) manat hissəsində iddianın əsassız olduğundan hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2500 (iki min beş yüz) manat pul tələb etsə də məhkəmə iddia tələbini həmin hisədə də əsaslı hesab etmir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini, yəni iddiaçıya olan borcunu vaxtında ödəməməsi, daha sonra isə məhkəmə tərəfindən ona bildirişin göndərilməsinə baxmayaraq qarşı tərəfin məhkəməyə gəlməməsi və borcun qaytarılması barədə heç bir məlumatın verilməməsi və digər hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11500 (on bir min beş yüz manat) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat Cavabdeh alınaraq İddiaçı Habibillah qızına verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat alınaraq İddiaçı Habibillah qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-252/2025 xx.xx.2025-ci il Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Habibillah qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat alınaraq İddiaçı Habibillah qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-252/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-252/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver