Məhkəmə qərarları › İş №e-2(075)-2529/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2529/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2529/2024 13.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin 04 noyabr 2019-cu il tarixli MFFEX/170 №-li kredit müqaviləsi üzrəcəmi 3967,83 (üç min doqquz yüz altmış yeddi manat səksən üç qəpik) manat, bundan 3964,12 (üç min doqquz yüz altmış dörd manat on iki qəpik) manat əsas, 3,66 (üç manat altmış altı qəpik) manat faiz, 0,05 (beş) qəpik cərimə borcunu və iş üzrə ödənilmiş 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki İddiaçı ASC-nin Mingəçevir şəhər filialı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli MF-FEX1/70 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 5393 (beş min üç yüz doxsan üç) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 04 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır Cavabdeh xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 3967,83 (üç min doqquz yüz altmış yeddi manat səksən üç qəpik) manat təşkil edir. Bundan 3964,12 (üç min doqquz yüz altmış dörd manat on iki qəpik) manat əsas, 3,66 (üç manat altmış altı qəpik) manat faiz və 0,05 (beş) qəpik cərimə borcu təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 04 noyabr 2019-cu il tarixli MFFEX/170 №-li kredit müqaviləsi üzrəcəmi 3967,83 (üç min doqquz yüz altmış yeddi manat səksən üç qəpik) manat, bundan 3964,12 (üç min doqquz yüz altmış dörd manat on iki qəpik) manat əsas, 3,66 (üç manat altmış altı qəpik) manat faiz, 0,05 (beş) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 04 noyabr 2019-cu il tarixli MFFEX/170 №-li kredit müqaviləsi üzrəcəmi 3967,83 (üç min doqquz yüz altmış yeddi manat səksən üç qəpik) manat, bundan 3964,12 (üç min doqquz yüz altmış dörd manat on iki qəpik) manat əsas, 3,66 (üç manat altmış altı qəpik) manat faiz, 0,05 (beş) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı «AtaBank” ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2529/2024 xx.xx.2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı «AtaBank” ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 04 noyabr 2019-cu il tarixli MFFEX/170 №-li kredit müqaviləsi üzrəcəmi 3967,83 (üç min doqquz yüz altmış yeddi manat səksən üç qəpik) manat, bundan 3964,12 (üç min doqquz yüz altmış dörd manat on iki qəpik) manat əsas, 3,66 (üç manat altmış altı qəpik) manat faiz, 0,05 (beş) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar