Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2543/2025 12.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı «Aqrarkredit” QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1195,39 (bir min yüz doxsan beş manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 451,17 (dörd yüz əlli bir manat, on yeddi qəpik) manat olmaqla, cəmi 1646,56 (bir min altı yüz qırx altı manat, əlli altı qəpik) manat məbləğində borcun və ödənilmiş 36,47 (otuz altı manat, qırx yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh3 qarşı 1195,39 manat əsas borc, 451,17 manat faiz borcu olmaqla, cəmi 1646,56 məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-cü il tarixli S-FK-SHE-279 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh3 24 ay müddətinə illik 24 %-lə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəkin filialı ilə Cavabdeh1 və Cavabdeh2 ilə 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kredit təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği kredit təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və kredit təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin kredit təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, Cavabdeh3 hazırda olan əsas borc üzrə 1195,39 manat, faiz borcu üzrə 451,17 manat olmaqla, cəmi 1646,56 manat məbləğində təşkil edir. Borcun ödənənilməsi tələbi ilə Cavabdeh3 və onun zaminləri Cavabdeh1 və Cavabdeh2 dəfələrlə müraciət olunmağına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbinə qarşı etiraz Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 və Cavabdeh2 etirazının onunla əsaslandırmışdır ki, onlar, zamin olsa da, zaminlik üzrə müddətin ötürüldüyünü nəzərə alaraq onlara münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh3 24 ay müddətinə illik 24 %-lə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2013 – xx.xx.2015-ci il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir. "xxxx" ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 “Bank” qarşısında 02 sentyabr 2013-cü il tarixli 2013-M-686 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 113 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə məlumat verilmiş, borcun 10 (on) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli, 114 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə məlumat verilmiş, borcun 10 (on) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2017-ci il tarixli S-FK-SHE-279 saylı təhvil-təslim Aktından görünür ki, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh3 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da həmin akt əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1973-cü ildə Şəki rayonunda doğulmuş halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-yə ünvanladığı ərizədə ona 24 ay müddətinə illik 24 faiz olmaqla 3000 manat məbləğində mikro kredit verilməsini, kreditin və ona hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürməsini qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh3 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-SHE-279 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin Cavabdeh3 isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında qanunvericiliyin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 ilə Cavabdeh2 Cavabdeh3 bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşdür. «Azərbaycan Beynəlxalq Bankı” QSC ilə cavabdehlər (zamin) Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2013cü il tarixli 2013-M-686 nömrəli zaminlik müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kredit təşkilatı qarşısında göstərilən məbləği kredit təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və kredit təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin kredit təşkilatı tərəfindən tutulmasına icazə verir. Müqavilədən görünür ki, xx.xx.2013-cü il tarixli, 2013-M-686 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma vaxtının son müddəti xx.xx.2015-ci il tarixidir və həmin tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti xx.xx.2015-ci il tarixi olmuşdur. Lakin iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən xeyli sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə görə, kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zamindən tutulmamalı, zamin qismində Cavabdeh1 və Cavabdeh2 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh3 1195,39 (bir min yüz doxsan beş manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 451,17 (dörd yüz əlli bir manat, on yeddi qəpik) manat olmaqla, cəmi 1646,56 (bir min altı yüz qırx altı manat, əlli altı qəpik) manat borc məbləği tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 36,47 (otuz altı manat, qırx yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 36,47 (otuz altı manat, qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 1195,39 (bir min yüz doxsan beş manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 451,17 (dörd yüz əlli bir manat, on yeddi qəpik) manat olmaqla, cəmi 1646,56 (bir min altı yüz qırx altı manat, əlli altı qəpik) manat məbləğində borc və ödənilmiş 36,47 (otuz altı manat, qırx yeddi qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2543/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2543/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver