Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2576/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə HMS000037 saylı 19.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 723 manat borcun, 57,39 cərimə borcunun, 30 manat məbləğində ödəbilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddiaçı MMC iddia ərizəsində Cavabdeh qeydiyyatda olduğu ünvan kimi ünvan 1a onun sonuncu yaşayış yeri üzrə MAPS arayışını işə əlavə etməmişdir. İş materiallarına olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh AA******* nömrəli şəxsiyyət vəsiqəsi üzrə məlumatlara dair 27 oktyabr 2021-ci il tarixli məhkəmə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2ydə alındığı yerin məhkəməsinə verilməlidir. İddiaçı MMC Cavabdeh İddiaçı MMC-nin xeyrinə HMS000037 saylı 19.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 723 manat borcun, 57,39 cərimə borcunun, 30 manat məbləğində ödəbilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulmasını xahiş etsə də, Cavabdeh qeydiyyat ünvanının ünvan 3a cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi mülki iş məhkəmənin icraatına götürülməmişdir. Ona görə də iddia ərizəsi cavabdehlər Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalıdır. Məhkəmə iddiaçıya cavabdehlərə qarşı hazırkı iddia tələbi üzrə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Siyəzən rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-2576/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2576/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver