Məhkəmə qərarları › İş №e-2(075)-2587/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2587/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2587/2025 28.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 399,83 (üç yüz doxsan doqquz manat səksən üç qəpik) manat - bundan 346,21 (üç yüz qırx altı manat iyirmi bir qəpik) manat əsas, 0,80 (sıfır manat səksən qəpik) manat faiz, 0,67 (sıfır manat altmış yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,15 (əlli iki manat on beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2014-cü il tarixli № 2013 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM102000914 nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 544,62 (beş yüz qırx dörd manat altmış iki qəpik) manat məbləği 24 (iyirmi dörd) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 399,83 (üç yüz doxsan doqquz manat səksən üç qəpik) manat təşkil edir. Bundan 346,21 (üç yüz qırx altı manat iyirmi bir qəpik) manat əsas, 0,80 (sıfır manat səksən qəpik) manat faiz, 0,67 (sıfır manat altmış yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 52,15 (əlli iki manat on beş qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2013 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə ödəmək şərtilə 800 manat məbləğində kredit xətti açılmış, daha sonra tərəflər arasında xx.xx.2016-cı il tarixli əlavə saziş və xx.xx.2020-ci il tarixli M102000914 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 27 oktyabr 2020-ci il tarixli restrukturizasiya müqaviləsindən görünür ki, 544,62 manat borc restrukturizasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh restrukturizasiya olunmuş 544,62 manat borcu hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM102000914 saylı kredit müqaviləsi üzrə 04 sentyabr 2025-ci il tarixinə 346,21 manat əsas, 0,80 manat faiz, 0,67 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 52,15 manat faiz borcu, cəmi 399,83 manat borcu yaranmışdır. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 346,21 (üç yüz qırx altı manat iyirmi bir qəpiki) manat əsas, 0,80 (səksən qəpik) manat faiz, 0,67 (altmış yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,15 (əlli iki manat on beş qəpik) manat faiz borcu olmaqla, cəmi 399,83 (üç yüz doxsan doqquz manat səksən üç qəpik) manat borc tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cəmi 399,83 (üç yüz doxsan doqquz manat səksən üç qəpik) manat - bundan 346,21 (üç yüz qırx altı manat iyirmi bir qəpiki) manat əsas, 0,80 (səksən qəpik) manat faiz, 0,67 (altmış yeddi qəpik) manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,15 (əlli iki manat on beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar