Məhkəmə qərarları › İş №e-2(075)-27/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-27/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-27/2023 22.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 566.98 manat əsas bоrc və 511.98 manat faiz borcu оlmaqla, cəmi 1078.96 manat borcun və 31.19 manat məbləğində dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 05 aprel 2022-ci il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, bununla bağlı tərəflərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmişdir. 21 aprel 2022-ci il tarixdə Cavabdeh məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq mülki işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(075)-962/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 dekabr 2019 il tariхli, 106804-815558/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 26 ay müddətinə, illik 25% dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 01 aprel 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 566,98 manat məbləğində əsas bоrcu və 511,98 manat faiz borcu оlmaqla, ümumilikdə 1078,96 (bir min yetmiş səkkiz) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 17 fevral 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Məhkəmə iclasının İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, ona, İddiaçı ASC arasında bağlanmış 03 dekabr 2019 il il tarixli Kredit müqaviləsinə əsasən bank 26 ay müddətinə, illik 25% olmaqla 1500 manat məbləğində kredit vermişdir. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Məhkəmə tərəfindən qətnaməsi çıxarılmasına etiraz etmir, qətnamə çıxarıldıqdan sonra borcunu ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli nəğd kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 26 ay müddətinə, illik 25% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 26 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "ExpressBank” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən "ExpressBank” ASC-yə 566,98 manat əsas və 511,98 manat faiz borcu olmaqla, cəmi 1078,96 manat borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 9/6778 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 106804-815558/2 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 572,61 manat məbləğində əsas borc, 92,26 manat məbləğində faiz borcu olmaqla, cəmi 664,90 manat borcu vardır. Ekspertiza xərci 100 manat təşkil etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 26 ay müddətinə, illik 25% olmaqla 1500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC Cavabdeh xeyrinə 566.98 manat əsas və 511.98 manat faiz borcu olmaqla, cəmi 1078.96 manat borc və ödənilmiş 31.19 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 9/6778 saylı rəyi ilə Cavabdeh İddiaçı ASC-yə olan əsas borcunun 572,61 manat məbləğində əsas borc, 92,26 manat məbləğində faiz borcu olmaqla cəmi 664,90 manat olması müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş faiz borc məbləğinin iddia tələbində göstərilən faiz borc məbləğindən 419,72 manat az olması, həmçinin Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş əsas borc məbləğinin iddia tələbində göstərilən əsas borc məbləğindən 5,63 manat çox olması müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən faiz məbləği daha əsaslı və Cavabdeh İddiaçı ASC-yə olan borcun müəyyənləşdirilməsinə məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc məbləği 572,61 manat kimi göstərilmiş, lakin iddia ərizəsinə əsasən İddiaçı ASC cavabdehdən 566,98 manat məbləğdə əsas borcun tutulmasını xahiş etmişdir. Göründüyü kimi Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş əsas borc məbləği iddia ərizəsinə əsasən tələb edilən borc məbləğindən artıq hesablanmışdır. Buna görə də məhkəmə cavabdehdən iddiaçının xeyrinə iddia ərizəsində göstərilən 566.98 manat əsas bоrcun tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 566.98 manat əsas bоrc və 92,26 manat faiz borcu оlmaqla, cəmi 659,24 manat borc və 31,19 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmçinin, 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ34CTRE********************, SWİFTBİK CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 566.98 manat əsas bоrc və 92,26 manat faiz borcu оlmaqla, cəmi 659,24 manat borc və 31,19 manat məbləğində dövlət rüsumu tutulsun. 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ34CTRE********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar