Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2706/2024 27.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" Azərbaycan MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı BOKT "xxxx" Azərbaycan MMC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh2 və Cavabdeh1 BOKT"xxxx" MMCnin xeyrinə 1086.00 manat əsas, 121.48 manat faiz borcu və 60.00 manat cərimə olmaqla cəmi 1267.48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.68 manat məbləğində vəsaitin və 0.40 manat həcmində bank xərcinin tutulması, həmçinin tələbin girov predmeti olan 2.3 qramxalis çəkidə 585 əyarlı “əzik işlənmiş sırğa”, 3.5 qramxalis çəkidə 583 əyarlı “qaşlı, işlənmiş kalso” adlı qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına cavabdehin təşkilata olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun bağlanmasına yetərli olmadıqda qalıq borcunun borclulardan ümumi qaydada tutulmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə görə “Bu Kredit Müqaviləsinə əsasən, Borcverən Borcalana 2500,0 manat məbləğində 24 ay müddətində azalan balansla illik 26% maraq faizi tətbiq etməklə “İstehlak” krediti verir”. Eyni zamanda xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bağlanmış eyni tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 18757/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 18757/3 saylı girov müqaviləsinə əsasən ona məxsus olan 2.3 qram xalis çəkidə 585 əyarlı “əzik işlənmiş sırğa”, 3.5 qram xalis çəkidə 583 əyarlı “qaşlı, işlənmiş kalso” adlı qızıl-zinət əşyaları BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrinə girov qoymuşdur. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə faizi ilə birlikdə, “Kredit üzrə ödəniş cədvəli”nə əsasən Borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Borcalan xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsinin şərtlərinə əməl etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 1086.00 manat əsas, 121.48 manat faiz borcu və 60.00 manat cərimə olmaqla cəmi 1267.48 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nüayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 övladının xəstə olduğunu, maddi imkanının aşağı olduğunu, məşğulluğa iş üçün müraciət etdiyini, özünün və yoldaşının heç bir yerdə işləmədiyini bildirərək qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Rəsul oğlu iddianı qəbul etdiyini, lakin ödəməyə maddi imkanı olmadığını bildirərək, qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli 18757/3 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 24 ay müddətində azalan balansla illik 26% maraq faizi tətbiq etməklə 2500 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli 18757/3 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. -xx.xx.2022-ci il tarixli 18757/3 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus olan 2,3 qram çəkidə 585 əyarlı sırğa (əzik, işlənmiş)-99 manat və 3,8 qram çəkidə 583 əyarlı “kalso, qaşlı” (işlənmiş) 151 manat dəyərində qızıl-zinət əşyalarını BOKT "xxxx" MMC-nin xeyrinə girov qoymuşdur. - xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, kredit üzrə borc məbləğinin ödənişi xx.xx.2022-ci il tarixdə başlayır, sonuncu ödəniş tarixi 12.8.2024-cü il müəyyən edilmişdir. - İş materiallarında olan 21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 SH/18757 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1086 manat əsas, 121,48 manat faiz və 60 manat cərimə olmaqla, cəmi 1267,48 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdehə xəbərdarlığı aldığı vaxtdan etibarən 3 gün müddətində banka olan borclarını ödəmələri bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 32,68 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 18757/3 saylı “Kredit müqaviləsi” və xx.xx.2022-ci il tarixli 18757/3 saylı “Zaminlik müqaviləsi”ndən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən 1086 manat əsas, 121,48 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, 60 manat cərimə borcu borc məbləğinə mütənasib olduğundan həmin hissədə də iddia tələbi təmin edilməli, borc məbləği girov predmeti olan 99 manat dəyərində 2,3 qram çəkidə 585 əyarlı sırğa və 151 manat dəyərində 3,8 qram çəkidə 583 əyarlı “kalso, qaşlı” olmaqla, ümumilikdə 250 manat dəyərində qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına borc ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 12 avqust 2022-ci il tarixli, 18757/3 saylı kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 32,68 manat dövlət rüsumunun əvəzi və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1086 (min səksən altı) manat əsas borc, 121,48 (yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat faiz borcu və 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1267,48 (min iki yüz altmış yeddi manat, qırx səkkiz qəpik) manat borc, 32,68 (otuz iki manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzivə 0,40 manat xidmət haqqı tutularaq iddiaçı BOKT "xxxx" Azərbaycan MMC-yə ödənilsin. Borc məbləği girov predmeti olan 99 manat dəyərində 2,3 qram çəkidə 585 əyarlı sırğa və 151 manat dəyərində 3,8 qram çəkidə 583 əyarlı “kalso, qaşlı” olmaqla, ümumilikdə 250 manat dəyərində qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 12 avqust 2022-ci il tarixli, 18757/3 saylı kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2706/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2706/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver