Məhkəmə qərarları › İş №e-2(075)-2731/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2731/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2731/2024 27.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 339048- CNS-44814 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 6640.05 (altı min altı yüz qırx manat beş qəpik) AZN manat məbləğində əsas borc, 128 (yüz iyirmi səkkiz) AZN manat məbləğində faiz borcu, 72.95 (yetmiş iki manat doxsan beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.841 (altı min səkkiz yüz qırx bir) AZN məbləğində borcun və ödənilmiş 88.41 (səksən səkkiz manat qırx bir qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh arasında bağlanmış 339048-CNS-44814 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixə banka borclu olduğu 6.190,18 AZN manat əsas borc, 3.67 AZN manat faiz borcu, 72.95 AZN manat cərimə borcu olmaqla, ümumilikdə 6.266,80 AZN manat AZN məbləğində pulun, 88.41 (səksən səkkiz manat qırx bir qəpik) AZN manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 339048-CNS-44814 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 27 aprel 2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022ci il tarixli, 339048-1-31214 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) aymüddətinə 6744.60 (altı min yeddi yüz qırx dörd manat altmış qəpik) AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 6640.05 (altı min altı yüz qırx manat beş qəpik) AZN manat məbləğində əsas borc, 128 (yüz iyirmi səkkiz) AZN manat məbləğində faiz borcu, 72.95 (yetmiş iki manat doxsan beş qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 6841 (altı min səkkiz yüz qırx bir) AZN manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək göstərmişdir ki, iddianı qəbul edir. Borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 339048-CNS-44814 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 59 ay müddətinə illik 11 faiz ödəmək şərti ilə 6744,60 (altı min yeddi yüz qırx dörd manat, almış qəpik) manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 6744,60 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı 6640.05 manat əsas borc, 128 manat faiz borcu, 72.95 manat cərimə borcu olmaqla, ümumilikdə 6.841 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli, 339048-CNS-44814 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Bank "xxxx" ASC-yə 6640,05 manat əsas, 128 manat faiz borcu, 72,95 manat dəbbə borcu, ümumilikdə 6841 manat məbləğində borcu mövcuddur. - xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli, 339048-CNS-44814 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Bank "xxxx" ASC-yə 6190,18 manat əsas, 3,67 manat faiz borcu, 72,95 manat dəbbə borcu, ümumilikdə 6266,80 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 339048-CNS-44814 saylı müqavilədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və həmin hissədə tam təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 6.190,18 manat əsas borc, 3.67 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, 72.95 manat cərimə borcu borc məbləğinə mütənasib olduğundan həmin hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 88.41 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6.190,18 (altı min yüz doxsan manat, on səkkiz qəpik) manat əsas, 3.67 (üç manat, altmış yeddi qəpik) manat faiz borcu, 72.95 (yetmiş iki manat, doxsan beş qəpik) manat dəbbə borcu, ümumilikdə 6.266,80 (altı min iki yüz altmış altı manat, səksən qəpik) pul tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar