Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2736/2024 23.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5120470A299 saylı kredit müqaviləsinə əsasən 1335.29 manat əsas, 295.23 manat faiz, cəmi 1630.52 manat pul vəsaitinin, 25 dekabr 2021-ci il tarixli BBLK4582565A299 saylı kartına dair müqaviləyə əsasən 792.59 manat əsas, 156.14 manat faiz, cəmi 948.73 manat pul vəsaitinin və 45.79 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 35 ay müddətinə 3074 AZN məbləğində kredit cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit xətti açılaraq cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaqviləsinə əsasən 1335.29 AZN əsas, 295.23 AZN faiz, cəmi 1630.52 AZN borcu, xx.xx.2021-ci il tarixli kredit müqaqviləsinə əsasən 792.59 AZN əsas, 156.14 AZN faiz, cəmi 948.73 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı (kreditor) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən Kreditor Borcalana illik faiz dərəcəsi 27 faiz olmaqla, 35 ay müddətinə, xx.xx.2021-ci kredit müqaviləsinə əsasən Kreditor Borcalana illik faiz dərəcəsi 25 faiz olmaqla kredit verməyi, Borcalan isə verilmiş krediti və ona hesablanan faizləri ödəniş cədvəli üzrə kreditora ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2022-ci il tarixli kredit müqaqviləsinə əsasən 1335.29 AZN əsas, 295.23 AZN faiz, cəmi 1630.52 AZN borcu, xx.xx.2021-ci il tarixli kredit müqaqviləsinə əsasən 792.59 AZN əsas, 156.14 AZN faiz, cəmi 948.73 AZN borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaqviləsinə əsasən 1335.29 AZN əsas, 295.23 AZN faiz, xx.xx.2021-ci il tarixli kredit müqaqviləsinə əsasən 792.59 AZN əsas, 156.14 AZN faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 45.79 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaqviləsinə əsasən 1335.29 (min üç yüz otuz beş manat iyirmi doqquz qəpik) AZN əsas, 295.23 (iki yüz doxsan beş manat iyirmi üç qəpik) AZN faiz, xx.xx.2021-ci il tarixli kredit müqaqviləsinə əsasən 792.59 (yeddi yüz doxsan iki manat əlli doqquz qəpik) AZN əsas, 156.14 (yüz əlli altı manat on dörd qəpik) AZN faiz borc məbləği, ümumilikdə 2579.25 (iki min beş yüz yetmiş doqquz manat, iyirmi beş qəpik) AZN borc və ödənilmiş 45.79 (qırx beş manat yetmiş doqquz qəpik) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2736/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2736/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver