Məhkəmə qərarları › İş №e-2(075)-280/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-280/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-280/2025 28.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, SKLMB-12139 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3239,28 manat, faiz borcuna görə 354,42 manat, cərimə borcuna görə 0 manat, cəmi 3593,7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi- 4,8, əyarı–583 olan 1 ədəd çalma kalso, çəkisi 12,6, əyarı–583 olan 1 ədəd enli kalso, çəkisi 13,3,əyarı 585 olan 1 ədəd boyunbağı, çəkisi- 6,1, əyarı 585 olan 1 ədəd bilərzik, çəkisi 5,1, əyarı 583 olan 1 ədəd nazik sep, çəkisi 0,9, əyarı 583 olan 1 ədəd bilərzik, çəkisi 2,1, əyarı 585 olan 1ədəd qaşsız üzük, çəkisi 6, əyarı585 olan 1 ədəd qaşsız komplekt, çəkisi 1,8, əyarı 585 olan 1 ədəd uşaq sırğası olmaqla, cəmi çəkisi 52,7 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, SKLMB-12139 saylı kredit müqaviləsi üzrə cəmi 3593,7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, SKLMB- 12139 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin 23 dekabr 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın baxılmamış saxlanılması barədə qərardan çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə elektron qaydada ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçı Rabitəbank» ASC-nə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar