Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-283/2023 26.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 303,94 manat (üç yüz üç manat 94 qəpik) əsas məbləğ üzrə borc, 38,43 manat (otuz səkkiz manat 43 qəpik) faiz borcu, 29,77 manat (iyirmi doqquz manat 77 qəpik) cərimə borcu, 4,80 manat (dörd manat 80 qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat (dörd manat 80 qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 381,74 manat (üç yüz səksən bir manat 74 qəpik) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 300.00 AZN (üç yüz) məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq krediUn əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 303,94 manat (üç yüz üç manat 94 qəpik) hesablanmış və ödənilməmiş faiz borcu : 38,43 manat (otuz səkkiz manat 43 qəpik) cərimə borcu : 29,77 manat (iyirmi doqquz manat 77 qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 4,80 manat (dörd manat 80 qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 4,80 manat (dörd manat 80 qəpik) cəmi borc: 381,74 manat (üç yüz səksən bir manat 74 qəpik). Bоrcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 600 manat limitdən 53,54 azn məbləğində limit aşmışdır. Müqavilənin 4.3-cü maddəsinə əsasən istifadə limiti Bankın kart hesablarına, “Kart əlavə kart sahibi” olduqda tanıdığı, kart və ya kart nömrə və gizli şifrələrindən istifadə ediləcək xərclər, nağd pul vəsaitinin əldə edilməsi, faiz, ödəniş, komissiya, bunların vergi, fond reallaşdırılması daxil olmaqla aşılmaması lazım olan istifadə limitidir. “Kart sahibi”nin müraciəti və zəruri sənədləri təqdim etməsi və “Bank”ın bu müraciətinə uyğun hesab etdiyi təqdirdə ona ayrılmış istifadə limiti artırıla bilər. “Kart və ya əlavə kart sahibi” istifadə limitini aşmamağı (keçməməyini) qəbul edir və öhdəsinə götürür. Kart və ya əlavə kart sahibi kart üzrə müəyyən edilmiş istifadə limitinin hər hansı bir şəkildə aşılması hallarında aşılan məbləğin həmin gündən başlayaraq borc müəyyən edilən limitə düşənə qədər müəyyən olunan nisbətə limit aşma faizini və limit aşma komissionunu ödəməyi qəbul bəyan və təsdiq edir. Müqavilənin 4.15-ci maddəsinin qeyd edilən abzaslarına əsasən limit aşma faizləri - limit aşma faizi kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı təyin edilən limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma komisyonu kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komissiya haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5% + 2,5 AZN (iki manat əlli qəpik) kimi olaraq tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 303,94 manat (üç yüz üç manat 94 qəpik) əsas borc, 38,43 manat (otuz səkkiz manat 43 qəpik) faiz borcu, 29,77 manat (iyirmi doqquz manat 77 qəpik) cərimə borcu, 4,80 manat (dörd manat 80 qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat (dörd manat 80 qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 381,74 manat (üç yüz səksən bir manat 74 qəpik) borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «X1 Azərbaycan» QSC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 303,94 manat (üç yüz üç manat 94 qəpik) əsas borc, 38,43 manat (otuz səkkiz manat 43 qəpik) faiz borcu, 29,77 manat (iyirmi doqquz manat 77 qəpik) cərimə borcu, 4,80 manat (dörd manat 80 qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat (dörd manat 80 qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 381,74 manat (üç yüz səksən bir manat 74 qəpik) borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «X1 Azərbaycan» QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-283/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-283/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver