Məhkəmə qərarları › İş №e-2(075)-283/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-283/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-283/2025 21.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 690 manat pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faiz, 3300 manat əldən çıxmış fayda olmaqla cəmi 3990 manat pul vəsaitinin, 60 manat dövlət rüsumunun və 0.40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, 38 saylı Notariat Ofisində bağlanmış 28 mart 2022-ci il tarixli, 3M-165 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 4000 manat borc pul vermişdir. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh həmin pulu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədə qeyd edilən müddətə kimi borcu qaytarmadığından o, 10 iyun 2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmişdir və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ – 7658 № ilə qeyd edilmişdir. İcra qeydində cavabdehdən 4000 manatın tutulması qeyd edilmiş, icraya yönəlmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin Cavabdeh hal-hazıradək icra qeydini icra etməmişdir. Belə olan halda pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən bank uçot dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxtlar üçün faizlər tutulmalıdır. Həmçinin qanunvericiliyə əsasən faizdən faiz ödənilməsi yolverilməz olduğu üçün, faiz məbləği yalnız əsas borca nisbətdə (4000 manata) hesablanmalıdır. Belə ki, Mərkəzi Bankın internet səhifəsində dərc edilmiş uçot faiz dərəcələrinə əsasən 2022-ci il üzrə 7,5% və 2023-cü il üzrə 8,25% müəyyən edilmişdir. Bank uçot dərəcələri hesablanarkən qalıq borclar üzrə hər ilin faiz məbləği aylar və günlərə bölünmüş və hər il üzrə çıxan cəmi məbləğlər toplanılmışdır. 2022-ci il üçün Mərkəzi Bankın internet səhifəsində dərc edilmiş uçot faiz dərəcəsi 8,25% müəyən edilmiş və 2022-ci il üçün 4000 manatın 8,25%-i 330 manat etmişdir. 2023-cü il üçün isə Mərkəzi Bankın internet səhifəsində dərc edilmiş uçot faiz dərəcəsi 9,00% müəyən edilmiş və 2023-cü il üçün 4000 manatın 9,00%-i 360 manat etmişdir. Beləliklə Cavabdeh borclu olduğu pulun ödənilməsində gecikdirdiyi vaxtlara görə bank uçot dərəcəsi üzrə hesablanmaqla 690 manat pul alınaraq ona ödənilməlidir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı 20 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-165 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh xx.xx.2022-ci il tarixdə ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. - Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 10 iyun 2022-ci il tarixdə aparılmış və reyestrdə 8İ – 7658 № ilə qeyd edilmiş icra qeydindən aydın olur ki, Cavabdeh İddiaçı xeyrinə 4000 manat pul vəsaiti tutulmalıdır. - Bakı şəhəri, 38 saylı Notariat Ofisi tərəfindən Cavabdeh göndərilmiş 29 aprel 2022ci il tarixli, 260 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 38 saylı Notariat Ofisində 3M-165 reyestrdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci ilədək aldığı 4000 manat məbləğində pul vəsaiti qaytarılmamışdır. 30 gün ərzində borc müqaviləsi üzrə öhdəliklər icra olunmadığı təqdirdə icra qeydi tərtib olunaraq müvafiq yaşayış yeri üzrə kredit müqaviləsi məcburi icra edilməsi üçün icra şöbəsinə göndəriləcəkdir. - Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 1954/15 nömrəli arayışda bildirilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Şəki Rayon İcra və Probasiya Şöbəsi vasitəsilə arayışın verildiyi tarixədək hər hansı məbləğdə pul ödənilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2099 nömrəli, 20 iyun 2025-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 28 mart 2022-ci il tarixli 3M-165 reyestr nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 fevral 2025-ci il tarixinə olan 4000 manat əsas borcuna illik faiz dərəcəsi 5% olmaqla hesablandıqda, faiz borcu üzrə 585 manat olmaqla, ümumilikdə borcu 4585 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən və eyni qəbz üzrə portaldan çıxarılmış qəbz haqqında məlumatdan görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu, 40 qəpik dövlət rüsumu ödədiyi üçün xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı cavabdehdən pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtlar üçün bank uçot dərəcəsi üzrə faizə görə 690 manat, əldən çıxmış faydaya görə 3300 manat olmaqla ümumilikdə 3990 manat tələb etmişdir. Məhkəmə iddia tələbinin pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi üzrə faiz tələbi hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsinin xahiş etdim hissəsində göstərilən məbləğdən və təsviri hissəsindəki hesablamadan görünür ki, həmin tələbdəki məbləğ 2022-2023-cü illər üzrə hesablanmışdir. Ekspert rəyində isə hesablama müddəti 25 fevral 2025-ci ilə kimi götürülmüşdür. Ona görə də iddiaya tələb həddində baxılmalı, ekspert rəyində olduğu kimi illik faiz dərəcəsi 5% götürülməklə tələb olunan 2022-2023-cü illərə görə pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi üzrə faiz hesablanmalıdır. Kredit müqaviləsindən görünür ki, tərəflər müqaviləni xx.xx.2022-ci ildə bağlamış, cavabdeh iddiaçıdan götürdüyü 4000 manat pulu xx.xx.2022-ci ildə qaytarmağı öhtəsində götürmüş, lakin öhtəliyini yerinə yetirmədiyi üçün xx.xx.2022-ci ildə icra qeydi aparılmış və icraya yönəldilmişdir. İddiaçı cavabdehdən 4000 manat pul məbləğinin ödənilməsinin 2022-2023-cü illər üzrə gecikdirilməsinə görə bank uçot dərəcəsi üzrə faiz tələb etmişdir. Cavadeh pul məbləğini xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürdüyünə görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi geri qaytarılmayan 4000 manat borcun illik beş faizi 335 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşısında xx.xx.2022-ci il tarixli, 3M-165 №-li kredit müqaviləsi üzrə pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % dərəcəsi ilə hesablanmış 335 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 3300 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə tələbini hər hansı sübutlarla əsaslandırmamışdır. İddia tələbinin 3300 manat məbləğində olan əldən çıxmış faydanın tutulmasına dair hissəsi, hüquqi baxımdan əsaslandırma və sübutlarla dəstəklənməlidir. Çünki, müvafiq iddia, mülki hüquq normalarına və ədalət prinsipinə uyğun olaraq, iddiaçı tərəfindən təqdim olunan subutlar əsasında təmin edilə bilər. Əgər iddiaçı həmin məbləğin əldən çıxmış fayda kimi qəbul edilə biləcəyinə dair heç bir dəlil və ya sübut təqdim etməmişdirsə, yalnız iddia tələbinin məbləğinə istinad edilərək, bu tələbin təmin edilməsi mümkün deyildir. İddiaçı 60 manat dövlət rüsumu və 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı tələb etmiş, lakin xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən və eyni qəbz üzrə portaldan çıxarılmış qəbz haqqında məlumatdan görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu, 40 qəpik dövlət rüsumu ödədiyi üçün xidmət haqqı ödəmişdir. Ona görə də, ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik dövlət rüsumu ödədiyi üçün xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4000 manat pul məbləğinin ödənilməsinin gecikdirildiyi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi olan vaxtları üçün illik beş faiz təşkil edən 335 manat, 30 manat dövlət rüsumu, 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı olmaqla, cəmi 365 manat 40 qəpik pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar