Məhkəmə qərarları › İş №e-2(075)-2843/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2843/2025

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2843/2025 13.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı nümayəndəsi X2 « borc » tələbinə aid iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4216,28 manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin və dövlət rüsumu üçün ödənilmiş 13 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı olə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş, tərəflər arasında “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 160x saylı əmrlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2”b”(Əmək mqaviləsi müddətinin bitdiyinə görə) maddəsi ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində biləvasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin Sumqayıt 36 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 5295 manat 66 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləğ öz əksini tapmışdır. Maliiə araşdırmalarından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh hal -hazırda İddiaçınə ümumilikdə 4216 manat 28 qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barəsində cavabdehə dəfələrlə bildirilmiş, lakin ödəniş həyata keçirilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2026-cı il tarixində elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prossesində iştirak edə bilməyəcəyini bildirmiş, iddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli MŞB/20/2024-0045 nömrəli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi sessiyada iştirak etmiş, lakin Cavabdeh sessiyada iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi 60 manat dövlət rüsumu ödənişini etmişdir. İddiaçı tərəfindən hazırlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh işə qəbul edilməsi və ilkin əmək haqqının 345 manat olaraq ödənilməsi qərarlaşdırılmışdır. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədə administrator vəzifəsinə keçməyinə etiraz etmədiyi bildirilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 155 saylı əmrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilməsi, aylıq əməkhaqqının 390 manat olması qərara alınmışdır. Tərəflər arasında bağlanmış həmin əmək müqaviləsinin administratorun funksiyaları sadalanmışdır: 1.4 kassa əməliyyatlarına nəzarət etmək, 1.5 kassalarda məhsulun tanınması zamanı problemləri həll etmək, baş vermiş texniki problemlərin həlli üçün müvafiq şöbələrə müraciət etmək; 1.13 qəbul eidlən məhsulalrın sayını və satışa yararlılığını yoxlamaq. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X4 haqqında müqavilənin 1.2-ci bəndinə əsasən işçi ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş hesabat tərtib edərək rəhbərliyə təqdim etməlidir; 3.1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İddiaçındən verilmiş xx.xx.2023-cü il tarixli, 294№li əmrdə inventarizasiya yoxlamasının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs admistrator Cavabdeh tələb olunması nəzərdə tutulmuş, təbii itki norması satış dövriyyəsinin 0.45 faizi müəyyən edilmişdir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, işçi qrup tərəfindən Oba-Xırdalan 5 mağazasında məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, 5296.66 manat məbləğində əksikgəlmə aşkar edilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli imtina aktında Cavabdeh iştirakı ilə inventarizasiyanın keçirildiyi, lakin onun 5296.66 manat borcu yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. Maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış, yekunlaşmış təftiş yoxlaması barədə 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi oalraq hesabında xx.xx.2023-cü il tarixdə 5295.66 manat məbləğində çatışmazlıqlar müəyyən eidlmiş, müvafiq güzəştlər edildikdən sonra Cavabdeh həmin tarixə İddiaçınə olan ümumi borcu 4216.28 (dörd min iki yüz on altı manat, iyirmi səkkiz qəpik) manat təşkil etmişdir. İddiaçı İnventarizasiyası komissiyası tərəfindən hazırlanmış iltizamnamədən görünür ki, Cavabdeh sayımdakı miqdarlarla razı olduğunu bildirmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçındən Cavabdeh göndərilmiş DN77 nömrəli, xx.xx.2024-cü il tarixli Xəbərdarlıqda borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “İşdən azadolma haqqında” çıxarışda Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 7083 №-li xəbərdarlıq məktubunda ondan X1 yaxınlaşması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 199.1-ci maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi; Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh könüllü şəkildə əmək müqaviləsi əsasında İddiaçı mağazasında administrator vəzifəsində çalışmışdır. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında X4 haqqında müqavilə imzalanmış, işçi Cavabdeh mağaza təqsiri nəticəsində maddi ziyan dəyəcəyi təqdirdə öhdəliklərini icra etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müəssisə tərəfindən keçirilmiş təftiş yoxlama zamanı çatışmazlıqlar aşkar edilmiş, dəymiş ziyanın məbləği 5296.66 ( beeş min iki yüz doxsan altı manat, altmış altı qəpik) manat müəyyən edilmişdir. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı cavabdehə iddiaçı tərəfindən güzəşt tətbiq edilmiş, ziyanın məbləği yekun olaraq 4216.28 (dörd min iki yüz on altı manat, iyirmi səkkiz qəpik) manat müəyyən edilmişdir. İş üzrə cavabdeh yoxlama təftiş zamanı iştirak etmiş, sayım zamanı əksiklərin olduğunu qəbul etsə də, xəbərdarlıqlara baxmayaraq, ziyanı ödəməkdən yayınmışdır. Bu isə o deməkdir ki, iddiaçı iddia tələbində qeyd edilən məbləğin ödənilməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə tərəfindən iş üzrə cavabdehə məhkəmə mübahisəsinin həllində iştirak etmək üçün dəfərlərlə bildirişlər göndərilmiş, onunla telefon vasitəsi ilə əlaqə saxlanılmağa cəhd edilsə də, bu mümkün olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4216,28 manat pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğ və dövlət rüsumu üçün ödənilmiş 13 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 4216,28 manat pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 13 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar