Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2867/2025 19.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin əsasları; İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8336.10 (səkkiz min üç yüz otuz altı manat on qəpik) manat əsas, 1046.07 (min qırx altı manat yeddi qəpik) manat faiz və 78.09 (yetmiş səkkiz manat doqquz qəpik) manat cərimə olmaqla, cəmi 9460.26 (doqquz min dörd yüz altmış manat iyirmi altı qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 115.01 (yüz on beş manat bir qəpik) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KBASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixində xx.xx.2028-ci il tarixinədək illik 24 % ödəmək şərtilə 8500 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KBASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" KB ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2026-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmənin iş üzrə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilən məbləğdə kredit borcunun olduğunu qəbul etmiş, maddi vəziyyətində yaranmış problemlərə görə ödəniş etməkdə çətinlik çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 24% ödəmək şərtilə 8500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli ərizə və imza nümunəsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. 27 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 8336.10 (səkkiz min üç yüz otuz altı manat on qəpik) manat əsas, 1046.07 (min qırx altı manat yeddi qəpik) manat faiz və 78.09 (yetmiş səkkiz manat doqquz qəpik) manat cərimə olmaqla, cəmi 9460.26 (doqquz min dörd yüz altmış manat iyirmi altı qəpik) manat borcu vardır. "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh banka olan 8336.1 (səkkiz min üç yüz otuz altı manat on qəpik) manat əsas, 845,91 (səkkiz yüz qırx bir manat, doxsan bir qəpik) manat faiz və 41,91 (qırx bir manat, doxsan bir qəpik) manat cərimə olmaqla, cəmi 9223,92 (doqquz min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat məbləğində borcunu 3 iş günü ərzində ödəməsi bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bəyan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehin kartına istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixində xx.xx.2028-ci il tarixinədək illik 24 % ödəmək şərtilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit üçün vəsait köçürülmüş, borcalan isə müəyyən olunmuş müddətdə borcu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği məhz 21 oktyabr 2025-ci il tarixinədək hesablanmalıdır. Bununla yanaşı məhkəmə işin hallarını nəzərə qeyd edir ki, iş üzrə cavabdehdən tutulmalı cərimə məbləği 15 manat müəyyən edilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8336.10 (səkkiz min üç yüz otuz altı manat on qəpik) manat əsas, 845,91 (səkkiz yüz qırx beş manat, doxsan bir qəpik) manat faiz və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 9197,01 (doqquz min bir yüz doxsan yeddi manat, bir qəpik) manat borc və ödənilmiş 115.01 (yüz on beş manat bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8336.10 (səkkiz min üç yüz otuz altı manat on qəpik) manat əsas, 845,91 (səkkiz yüz qırx beş manat, doxsan bir qəpik) manat faiz və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 9197,01 (doqquz min bir yüz doxsan yeddi manat, bir qəpik) manat borc və ödənilmiş 115.01 (yüz on beş manat bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2867/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2867/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver