Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2879/2024 29.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 212,40 (iki yüz on iki manat 40 qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 242,80 (iki yüz qırx iki manat, 80 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində 99-B-245 DQN-lı “YAMAHA SZ-RR V2 MOTOSİKL” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh ünvan 1 ünvanında manevr qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JA-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusla toqquşmuş, bununla da yol-nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə Bakı şəhər DYPİ-nin polis kapitanı X2 tərəfindən araşdırılaraq Cavabdeh əməllərində İXM-nin 327.1-1-ci, 469.1-ci və 327.1-ci maddələrinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP6754530 saylı İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 2 (iki) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0972 saylı Zərər Aktına əsasən **-JA-*** DQN-lı avtobusa 212,40 (iki yüz on iki manat 40 qəpik) manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən 99-B-245 DQN-lı “YAMAHA SZ-RR V2 MOTOSİKL” markalı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 212,40 (iki yüz on iki manat 40 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusla cavabdehin idarə etdiyi 99-B-245 dövlət qeydiyyat nişanlı, Yamaha SZ-RR V2 motosikletlə toqquşmuş, nəticədə iddiaçıya zərər aktına əsasən 212,40 manat maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli TP6754530 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmaqda təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh mülki məsuliyyətin icbari sığortası növündə sığortalanmadığından iddiaçıya vurulmuş maddi ziyan ödənilməmiş qalmışdır. Məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 212,40 manat vurulmuş ziyanın əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 212.40 (iki yüz on iki manat qırx qəpik) manat əsas borc, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2879/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2879/2024
29.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver