Məhkəmə qərarları › İş №e-2(075)-2882/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2882/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2882/2024 27.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 056A********** saylı müqavilə üzrə 11257.03 manat məbləğində kredit bоrcu, 1137.22 manat məbləğində faiz bоrcu və 283,68 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1197.60 manat məbləğində kredit borcu, 131.85 manat məbləğində faiz borcu, 230,92 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 15038,30 (on beş min otuz səkkiz manat, 30 qəpik) manat məbləğində bоrc və 135.12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə 19 dekabr 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 056A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 8742.97 manat ödəniş etmiş və оnun iddiaçıya 11257.03 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlamışdır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılmışdır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə 194 gün üçün banka hesablanmış faiz borcu 1137.22 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 194 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu 283.68 manat təşkil edir. Bundan başqa, Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X2 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 1997.60 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 202 gün üçün hesablanmış faiz borcu 131.85 manat, cərimə isə 230.92 manat təşkil etmişdir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh 24 dekabr 2024-cü il tarixdə məhkəmənin eelektron poçt ünanına ərizə göndərərək iddianı qəbul etdiyini, təmin olunmasına etirazının olmadığını, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlamış 056A********** saylı ərizəyə əsasən, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 20000 (iyirmi min) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. 9 sentyabr 2024-cü il tarixli, OUT-2024/09/09-4 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 9 sentyabr 2024-cü il tarixə İddiaçı QSC-yə 056A********** saylı, xx.xx.2022ci il tarixli kredit razılaşması üzrə 11257,03 manat əsas, 1137,22 manat faiz və 283,68 manat cərimə borcu olmaqla, cəmi 12677,93 manat borcu vardır. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, 056KK**********01 saylı kredit müqaviləsinə əsasən cavabdehə “X2 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit limiti açılmışdır. 9 sentyabr 2024-cü il tarixli, OUT-2024/09/09-6 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 9 sentyabr 2024-cü il tarixə İddiaçı QSC-yə 056KK**********01 saylı, xx.xx.2022-ci il tarixli X3 Cards kartı üzrə 1997,60 manat əsas, 131,85 manat faiz və 230,92 manat cərimə borcu olmaqla, cəmi 2360,37 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlamış 056A********** saylı ərizəyə əsasən, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, 056KK**********01 saylı kredit müqaviləsinə əsasən cavabdehə “X2 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit limiti açılmışdır. Kredit razılaşmaları əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı «AccessBank” QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 230,92 manat və 283,68 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır və azadılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 056A********** saylı müqavilə üzrə 11257.03 manat məbləğində kredit bоrcu, 1137.22 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1197.60 manat məbləğində kredit borcu, 131.85 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 13973.70 (on üç min doqquz yüz yetmiş üç manat, 70 qəpik) manat məbləğində bоrc və 135.12 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 056A********** saylı müqavilə üzrə 11257.03 manat məbləğində kredit bоrcu, 1137.22 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1197.60 manat məbləğində kredit borcu, 131.85 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 13973.70 (on üç min doqquz yüz yetmiş üç manat, 70 qəpik) manat məbləğində bоrc və 135.12 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar