Məhkəmə qərarları › İş №e-2(075)-303/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-303/2024

02.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-303/2024 02.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılması, istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışla hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinin qapısı bağlanmış iki otağının açılaraq mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, həmin otaqlarda Cavabdeh məxsus əşyaların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə İddiaçı mərhum qardaşı X6 hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ilə nikahlarını 2006-cı ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 12 iyul 2007-ci ildə X7 və 01 iyul 2009cu ildə X5 adlı iki övladları dünyaya gəlmişdir. Hazırkı iş üzrə onun qardaşı X6 03 fevral 2022-ci ildə mədənin bir və ya bir neçə lokaliza siyahısından kənara çıxmaqla zədələnməsi səbəbli ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 2022-ci ildə 37 nömrə ilə qeyd aparılmışdır. Hazırkı iş üzrə İddiaçı mərhum qardaşı X6 hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ilə ailə qurarkən sonuncunun cehiz kimi gətirdiyi əşyalar hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan Şəki rayonunun Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə yığılmışdır. Lakin, onlar bir müddət həmin evdə yaşadıqdan sonra daimi yaşamaq üçün Şəki şəhərinə köçmüş və özlərinə məxsus əmlakların böyük bir hissəsini də, özləri ilə birlikdə yaşadıqları evə aparmışlar. Yerdə qalan əmlaklarını isə hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan Şəki rayonunun Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinin iki otağına yığmaqla həmin otaqların qapılarını bağlamışlar. X6 rəhmətə getdikdən sonra istər hazırkı iş üzrə iddiaçının atası, istərsə də, iddiaçı hazırkı iş üzrə cavabdehdən otaqların qapılarının açılaraq əmlakların boşaldılmasını tələb etsələr də, cavabdeh hər dəfə gəlib götürəcəklərini desə də bu günə kimi həmin əşyaları gəlib götürməmişlər. Hal-hazırda cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan evdədir. Cavabdehin əşyaları olan otaqların qapısı bağlı olduğundan həmin əşyaların sayı və siyahısı barədə dəqiq məlumatları müəyyən edə bilmirlər. Hazırkı vəziyyətdə cavabdehə məxsus qeyd olunan əşyaların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qalması onun mülkiyyətindən tam istifadə etməyinə maneçilik törədir. Cavabdeh könüllü həmin əşyaları götürməkdən imtina etdiyi üçün bu iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən 122.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. 0.1162 ha torpaq sahəsi isə İddiaçı, X8, X9, X1 və X2 ümumi birgə mülkiyyətindədir. - 19 may 2022-ci il tarixli, AZ-İİ 260676 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 03 fevral 2022-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-646/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X1, X8 və X4 qarşı “Şəki rayonu, Qoxmuq kəndi, Məhəmməd Əsədov küçəsi, 36 saylı evə istifadə hüququnun tnınması, ümumi istifadə qaydalarının müəyyən edilərək onun ə övladlarının həmin evə köçürülməsi və mülkiyyətlərində olan torpaq sahəsinə giriş çıxışlarına olan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh və övladları X7 və X3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, **********77-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən 0,1162 hektar torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər İddiaçı, X1, X8 və X9 tərəfindən edilən maneələr aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması və həmin evin iki otağının cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki cavabdehin həmin fərdi yaşayış evinə hər hansı bir hüququ mövcud deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qapısı bağlı iki otağından cavabdehə məxsus əşyaların çıxarılmasını və istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinin qapısı bağlanmış iki otağının açılaraq mülkiyyətdən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı, həmin otaqlardan Cavabdeh məxsus əşyalar məcburi qaydada çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 mnat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinin qapısı bağlanmış iki otağının açılaraq mülkiyyətdən istifadəyə yaradılan maneələr aradan qaldırılsın, həmin otaqlardan Cavabdeh məxsus əşyalar məcburi qaydada çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar