Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-31/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3719.78 (üç min yeddi yüz on doqquz manat 78 qəpik) manat əsas borc, 4609.40 (dörd min altı yüz doqquz manat 40 qəpik) manat faiz borcu, 3167.80 (üç min bir yüz altmış yeddi manat 80 qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 548.08 (beş yüz qırx səkkiz Manat 08 qəpik) manat faiz borcu olmaqla, cəmi 12045.06 (on iki min qırx beş manat 06 qəpik) və iş üzrə ödənilmiş 126.14 (bir yüz iyirmi altı Manat 14 qəpik) manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh arasında 004450 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən KM014T09170007 nömrəli 12 sentyabr 2017-ci il tarixli 5 saylı əlavə üzrə cavabdehə 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit açılmışdır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış Bank Xidmətləri Müqaviləsi, 5 saylı Əlavə, ödəniş cədvəli, **********725 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Kredit müqaviləsinə əsasən Cavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12045.06 (on iki min qırx beş Manat 06 qəpik) manat təşkil edir. Bundan 3719.78 (üç min yeddi yüz on doqquz manat 78 qəpik) manat əsas, 4609.40 (dörd min altı yüz doqquz manat 40 qəpik) manat faiz, 3167.80 (üç min bir yüz altmış yeddi manat 80 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 548.08 (beş yüz qırx səkkiz manat 08 qəpik) manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********704 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 004450 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 4000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 30 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 004450 nömrəli kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixinə 3719,78 manat əsas, 4609,40 manat faiz, 3167,80 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 548 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 12045 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6456 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsatlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, KM014T09170007 №-li 5 saylı Əlavə şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 3711,94 manat əsas, 2508,65 manat faiz borcu müəyyən olunur. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, KM014T09170007 №-li 5 saylı Əlavə şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-ci il tarixədək (maliyyə arayışında göstərilən tarix) banka olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 3711,94 manat əsas borc, 2508,65 manat faiz borcu, 535,14 manat faiz borcu üzrə (5%-lə) müəyyən olunur. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 004450 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “DəmirBank'' ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də ləğv prosesində olan “DəmirBank'' ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 3719.78 (üç min yeddi yüz on doqquz manat 78 qəpik) manat əsas borc, 4609.40 (dörd min altı yüz doqquz manat 40 qəpik) manat faiz borcu, 3167.80 (üç min bir yüz altmış yeddi manat 80 qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 548.08 (beş yüz qırx səkkiz Manat 08 qəpik) manat faiz borcu olmaqla, cəmi 12045.06 (on iki min qırx beş manat 06 qəpik) və iş üzrə ödənilmiş 126.14 (bir yüz iyirmi altı Manat 14 qəpik) manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 9/6456 saylı rəyi ilə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcunun 3711,94 manat məbləğində əsas borc, 2508,65 manat məbləğində faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 535,14 manat məbləğində faiz borcu olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tələb edilən borc məbləğləri ekspert rəyinə uyğun olaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 3167.80 manat cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı Ləğv prosesində olan “DəmirBank'' ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 3167.80 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Eyni zamanda ekspert rəyində qeyd edilmişdir ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 004450 nömrəli kredit müqaviləsi üzrə 100 manat məbləğdə cərimə borcunun tutulması məqsədəmüvafiqdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, borcludan iddiaçının xeyrinə ekspert rəyində göstərilən məbləğdə, yəni 535,14 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3711,94 manat əsas borc, 2508,65 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,14 manat faiz borcu olmaqla cəmi 6855,73 manat borc və iş üzrə ödənilmiş 70,75 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun 55,39 manatı İddiaçı ASC-nin özünə aid edilməlidir. 100 manat ekspertiza xərcinin 56 manat məbləği Cavabdeh və 44 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3711,94 manat əsas borc, 2508,65 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,14 manat faiz borcu olmaqla cəmi 6855,73 manat borc və iş üzrə ödənilmiş 70,75 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. 100 manat ekspertiza xərcinin 56 manat məbləği Cavabdeh və 44 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-31/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-31/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver