Məhkəmə qərarları › İş №e-2(075)-3119/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-3119/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-3119/2025 04.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı kiçik mübahisələr üzrə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 601.65 AZN, faiz borcuna görə, 9,51 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 611.16(altı yüz on bir manat, on altı qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azerbaycan” X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin 30 dekabr 2025-ci il tarixdə iddiaçı “Finca Azerbaycan” X1-Bank Kredit Təşkilatı məhkəməyə elektron qaydada ərizə göndərərək cavabdehin vəfat etməsi səbəbindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. “Finca Azerbaycan” X1-Bank Kredit Təşkilatının ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı X1-Bank Kredit Təşkilatına qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar