Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-313/2023 09.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)-580/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat alimentin tutularaq 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 avqust 1994-cü il tarixdə Şəki VVAQD Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 25 aprel 2009-cu il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)- 580/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 17 avqust 1994-cü il tarixdə Şəki şəhər VVAQ Şöbəsində bağlanmış 190 nömrəli nikahın pozulması, onların birgə nikahdan olan uşaqları 25 aprel 2009-cu il təvəllüdlü X1 onun yanında qalması, 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Göstərmişdir ki, artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. İddianın təmin edilərək, Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)-580/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Lakin o, xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək bildirmişdir ki, o, özü Bakı şəhərində işlədiyi üçün, həm də azyaşlı övladı Bakı şəhərində təhsil aldığı üçün məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyək. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh 25 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün 09 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına gələ bilməyəcəkdir. Göstərmişdir ki, birgə nikahları dövründə aldığı evi keçmiş həyat yoldaşı sataraq mənimsəmişdir. Hal-hazırda həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq kirayə tutduğu evdə qalmışdır. Onun adına hər hansı əmlak mülk yoxdur. O, Bakı şəhərində işləyir. 3 ay əmək haqqı almadığına görə kirayə yaşadığı evdən çıxarılmışdır. Hal-hazırda Bakı şəhərində alqı-satqı ofisinin zirzəmisində müvəqqəti olaraq gecələyir. Buna baxmayaraq onun aylıq maaşından iddiaçının xeyrinə hər ay 140 manat aliment tutulmuşdur. Maaşının verildiyi vaxtlarda alimenti gecikdirmədən ödəmişdir. Bildirmişdir ki, o, iddiaçının hazırki iddiasına etiraz edir. Belə ki, onun aylıq əmək haqqısı 400 manatdır. Maaşının 140 manatını kirayə pulu verir. Maaşının geridə qalan hissəsi ilə komunal xərclərini, ərzaqlarını çatdıra bilmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 may 2009-cu il tarixli, AZ-İİ 270378 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 aprel 2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)- 580/2021 saylı qətanaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 avqust 1994-cü il tarixdə Şəki şəhər VVAQ Şöbəsində bağlanmış 190 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 25 aprel 2009-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması və 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 noyabr 2022-ci il tarixli MŞŞ/1/01728 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 26 noyabr 2022-ci il tarixdə, 16:00-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)-580/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)-580/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 25 aprel 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(075)-580/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-313/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-313/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver