Məhkəmə qərarları › İş №e-2(075)-314/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-314/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-314/2025 04.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 66.75 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(075)-305/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci tarixindəki 445 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 66.75 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh (lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 66.75 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcvеrən”in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki: “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtrilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditn gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və \ və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi \ çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. Cavabdeh ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Əslində, "xxxx" QSC özü ona öz hərəkətsizliyi ilə zərər vurmuşdur. Buna görə də o, "xxxx" QSC-yə qarşı iddia qaldırmaq niyyətindədir. Buna görə də hazırkı iş üzrə "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Bundan başqa həmin vaxtdan sonra 3 ildən artıq müddət keçmişdir. Ümumiyyətlə, o, iddiaçı "xxxx" QSC-nin həmin iddiası ilə razılaşmır. Həmin iddianı qəbul etmir və bununla bağlı kifayət qədər sübutları vardır. Buna görə də iddiaçı "xxxx" QSC-nin ona qarşı olan həmin iddiasına sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edir. Göründüyü kimi "xxxx" QSC-nin iddiası ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər natamamdır və həmin iddiaya tərəflərin, o cümlədən onun izahatı dinlənilməklə hüquqi qiymət verilməlidir. Etirazının əsaslı olduğuna dair kifayət qədər əsasları vardır. Lakin, digər zəruri halları məhkəmə iclasında göstərəcədir. Verilən iddianı birmənalı şəkildə qəbul etmir. İddiaya qarşı qarşılıqlı iddia hazırlayır. Odur ki, iddiaçı "xxxx" QSC-nin ona qarşı borcun tutulması tələbinə dair iddiasına iddia qaydasında baxılmasını və iddianın həm əsassızlığına, həmçinin, iddia müddətinin ötürülməsinə görə təmin edilməməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-314/2025 saylı qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-305/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilmiş, cavabdehdən 505,56 manat əsas borc, 16,37 manat faiz borcu, 46,31 manat cərimə borcu olmaqla, cəmi 568,24 manat borc və 4,80 manat müqavilə üzrə öhdəlikləri pozduğuna görə cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli **********44 nömrəli qəbzdən görünür ki, iddiaçı, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir... Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya yaranmış borcunun tutulması ilə əlaqədar iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-305/2021 saylı qətnaməsi ilə Cavabdeh 505,56 manat əsas borc, 16,37 manat faiz borcu, 46,31 manat cərimə borcu olmaqla, cəmi 568,24 manat borc və 4,80 manat müqavilə üzrə öhdəlikləri pozduğuna görə cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı borc məbləğinin icrasının "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən təmin edildiyini bildirərək hazırkı iddia tələbini irəli sürmüş, iddia tələbinin hüquqi əsası kimi MPM-in 121.1-ci, MM-in 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Qətnamə çıxarıldıqda məhkəmə, mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyi kimi, iddiaçı tərəfindən istinad edilən MPM-in 121.1-ci maddəsi nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərclərin tutulması ilə bağlıdır ki, bu da işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılan zaman xərclərin tutulmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qətnaməsinin icrası icra haqqında qanunvericiyə əsasən icra məmurları tərəfindən həyata keçirilir və bunun müqabilində də icra ödənişinin borcludan tutulması qanunvericiliklə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi əsassız olduğundan, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi ziyan” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar