Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-321/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar оğlunun sədrliyi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh2 ASC və X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 08 may 2014-cü il tarixli, 1005 nömrəli kredit müqaviləsi üzrə 3077.02 manat məbləğində artıq ödənişin, 51 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh2 ASC və X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərdiyi kredit müqaviləsi üzrə artıq ödəniş etdiyini lakin LPO Cavabdeh2 ASC-ni hüquqşünası Coşqun İbrahimxəlilovun həmin pulu ona qaytarmadığını bildirmişdir. Ona görə də artıq ödədiyi pulun verilməsini təmin etmədiyindən onu cavabdeh qismində qoyaraq həmin pulu ondan tələb edir. Cavabdeh X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Cavabdeh2 ASCnin etibarnamə üzrə nümayəndəsi olmaqla bankı təmsil edir. Onun tərəfindən İddiaçı artıq ödəniş etdiyi pulun qaytarılması ilə bağlı LPO Cavabdeh2 ASC-nin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunsa da, buna baxmayaraq iddiaçı ona qarşı tələblə hazırda məhkəmdə iddia qaldırmışdır. Odur ki, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iş materiallarında cavabdeh LPO Cavabdeh2 ASC-nin hüquqşünası X1 08 may 2014-cü il tarixli, 1005 nömrəli kredit müqaviləsi üzrə 3077.02 manat məbləğində artıq ödənişin, 51 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsi izah edilməklə onun tələbinin LPO Cavabdeh2 ASC-nin işçisi cavbdeh olan Coşqun İsrafilova qarşı yönələn tələbinin izah edilməsi üçün vaxt verilməsinə baxmayaraq tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh2 ASC və X3 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-321/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-321/2024
31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver