Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-327/2025 09.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7, İcbari Tibbi Sığorta X8nə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7, İcbari Tibbi Sığorta X8nə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəki Rayon Mərkəzi Xəstəxanası” X9, Cavabdeh5, Cavabdeh1, tərəfindən ona vurulmuş 35354 manat məbləğində maddi, 14646 manat mənəvi zərərin və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9, İcbari Tibbi Sığorta X8, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Şəki Rayon Mərkəzi Xəstəxanası” X9, İcbari Tibbi Sığorta X8, “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 tərəfindən ona vurulmuş 50000 manat mənəvi zərərin və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9, İcbari Tibbi Sığorta X8, “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 24 dekabr 2010-cu ildən Şəki Rayon Mərkəzi Xəstəxanasına baş mühasib vəzifəsinə təyin edilmişdir. 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar edilən struktur dəyişikliyi ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasının bazasında yaradılmış “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9 üzrə xx.xx.2020-ci il tarixli 110 saylı əmrlə mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bununla yanaşı, 03 sentyabr 2021ci il tarixədək rəhbərliyin müvafiq əmrləri ilə maliyyə şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 65 yaşına çatmağına 52 gün qalmış isə, xəbəri olmadan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9 üzrə 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrlə (əmrin surəti əlavə edilir) ona 09 oktyabr 2021-ci il tarixdən istifadə etmədiyi 51 təqvim günü məzuniyyət günlərinə görə ödənişsiz istirahət ((əvəzgün) verilmişdir). Əvəzgünün verilməsi haqda əmrdən xəbərsiz olduğu üçün 09 oktyabr 2021-ci il tarixdə, yəni məzuniyyətinin (əvəzgünün) başladığı ilk günündə işə getmiş, həm maliyyə şöbəsində, həm də, kargüzarlıqda aparılan işçilərin işə davamiyyət kitabınının hər ikisində işə gəlib-getməyə dair imza atmışdır. Həmin gün iş vaxtı bitdikdən sonra, evə getməyə hazırlaşarkən iş yoldaşlarından biri ona “deyəsən, sizi, bu gündən məzuniyyətə buraxıblar” demişdir. O, bundan xəbərsiz olduğunu söyləmişdir. İş vaxtı bitdiyindən və insan Resursları şöbəsində heç kəs olmadığından məzuniyyətin verilib-verilməməsinə aydınlıq gətirə bilməmişdir. Lakin rəhbər (Sərxan Musayev) işdə olduğu üçun ondan məzuniyyətə buraxılmağı barədə məlumatlı olub-olmamasını soruşmuş, o da, cavabında bu gündən onun 51 təqvim günü məzuniyyətə buraxıldığını demişdir. Düzü, əmrdə işə başlamalı olduğu gün göstərilmədiyindən, bu, onda bir az arxayınlıq yaratmışdır. Həm də, düzü, xəbərsiz-ətərsiz məzuniyyətə buraxıldığı kimi, xəbərsiz-ətərsiz də işdən çıxarılacağını heç ağlına belə gətirməmişdir. Ara - sıra, Musayevlə əlaqə saxlasa da, səbrli ol, işə dəvət edəcəyik dediyindən xeyli gözləmişdir. Uzun müddət ötməsinə baxmayaraq rəhbərlik onu işə dəvət etmədiyindən, o, 18 yanvar 2022-ci il tarixdə nə zaman işə başlayacağını aydınlaşdırmaq məqsədi ilə xəstəxanaya gəlmiş və məlumat almışdır ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası “X9 üzrə 30 noyabr 2021-ci il tarixli 2146 saylı əmrlə (əmrin surəti əlavə edilir) həmin tarixdən çalışmanın yaş həddinə görə işinə xitam verilib. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməsində səbəb olaraq onu göstərmişdir ki, Cavabdeh1 etik davranış qaydalarına riyayət etməmiş, onu dəfələrlə kollektiv arasında təhqir etmiş, xəstəxana kollektivinin arasında onu otaqdan çıxarmalarını tələb etmiş və ona qarşı hörmətsizlik nümayiş etdirmişdir. Bütün göstərilənlərə əsaslanaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərmiş və ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 197-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir; 197-ci maddəsinin 2ci hissəsinə əsasən işçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 125 No-li Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.5.12-ci yarımbəndinə əsasən müəssisə rəhbəri qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə tədbirlər görür. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Maliyyə şöbəsinin Mühasibatlıq bölməsinin sabiq bölmə müdiri İddiaçı xx.xx.2021-ci il tarixli 1262 №-li əmrlə rəsmiləşdirməklə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü müddətində əmək məzuniyyəti verilmiş və həmin günlərə düşən məzuniyyət pulu hesablanaraq ödənmişdir. Həmin əmrdə işə başlama tarixi xx.xx.2021-ci il göstərilmiş, bundan sonra müvafiq əmrlə rəsmiləşdirməklə o, xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətindən geri çağırılmış və əmrdə istifadə etməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilməsi göstərilmişdir. Bundan sonra ona xx.xx.2021-ci il tarixdən 51 təqvim gününə təsadüf edən faktiki işlənmiş günlər üçün əmək haqqı (2 iş gününə düşən əmək haqqı istisna olmaqla) hesablanıb verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın yaş həddinə çatacağı nəzərə alınaraq eyni dövr üçün ikiqat ödəmənin (məzuniyyət pulu və əmək haqqı) qarşısının əvvəlcədən alınması məqsədi ilə iş günü hesab edilməyən 2 bayram günü xaric olmaqla ona xx.xx.2021-ci il tarixdən 51 təqvim günü müddətinə əvəzgün verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh İcbari Tibbi Sığorta X8 məhkəməyə etiraz ərizəsi göndərmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının öz iddiasında da qeyd etdiyi kimi “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 30 noyabr 2021-ci il tarixli 2146 saylı əmri ilə iddiaçının yaş həddinə çatması əsası əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” X4rşı 2022-ci il də Şəki Rayon Məhkəməsində “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmış və həmin iddia Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 26 sentyabr 2022-ci il tarixli e-2(075)- 1685/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2(075)-1685/2022 saylı qərardadı ilə geri qaytarılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçı tərəfindən işə bərpa olunma ilə bağlı verilmiş iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamış və bununla da İddiaçı yaş həddinə çatması əsası ilə əmək müqaviləsinə xitam verilməsinin qanuni olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur. Eyni zamanda əmək münasibətləri “Şəki rayon Mərkəzi Xəstəxanası” X9 ilə İddiaçı arasında olmuşdur. Təsadüfü deyil ki, iddiaçı tərəfindən iddia ərizəsində “İcbari Tibbi Sığorta X8” X3 qarşı hansı hüquq pozuntularının olduğu qeyd olunmamışdır. Onlar qeyd olunan mübahisələrin tərəfi olmamış və “Şəki rayon Mərkəzi Xəstəxanası” X9 ayrıca hüquqi şəxsdir. Bu səbəbdən də hazırkı iş üzrə “İcbari Tibbi Sığorta X8” X6 iddiaçı tərəfindən cavabdeh olaraq qoyulmasının ümumiyyətlə heç bir hüquqi və faktiki əsası yoxdur. Beləliklə, qeyd olunanlara əsasən iddiaçı ərizəsində sadəcə şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Bununla da hesab edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilməlidir. Odur ki, şərh edilənləri və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini nəzərə alaraq icraatda olan e-2(075)-327/2025 saylı iş üzrə İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 81,10 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 158,90 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun həmin qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-də maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixli əmrlə işdən azad olunmuşdur. İddiaçı bildirir ki, Cavabdeh1 tərəfindən kollektivdə onun şərəf və ləyaqəti alçaldılmış, onu təhqir edilmişdir. Lakin iddiaçı Ali Məhkəmənin Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarında qeyd edilən 3 hala dair hər hansı sübut təqdim etməmişdir. Yəni onunla şərəf və ləyaqətini ləkələyən məlumatların nədən ibarət olması müəyyən edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, “İnsan hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh1 etik davranış qaydalarına riyayət etməyərək onu dəfələrlə kollektiv arasında təhqir etdiyi üçün ona mənəvi zərər vurulmasını bildirmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Hazırki tələblə bağlı cavbdehin hərəkətləri nəticəsində məhz iddiaçının şərəf və ləyaqətinin alçaldılmasının, eyni zamanda ona hansı mənəvi və maddi ziyanın vurulmasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə mülki-hüquqi məsuliyyətin yaranması üçün hər şeydən əvvəl məlumatların şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi, bu məlumatların həqiqətə uyğun olmaması və onların yayılması mövcud olmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini, ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdehlər tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə iddiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehlərin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehlər tərəfindən onun şərəfinin və ləyaqətinin alçaldığını göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi və ləyaqəti ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunması və nədən ibarət olması, habelə onların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7, İcbari Tibbi Sığorta X8nə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsaslı olmadığından təmin olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7, İcbari Tibbi Sığorta X8nə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinədair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-327/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-327/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver