Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-33/2024 11.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən 7060.09 manat əsas, 753.60 manat faiz borcu olmaqla, cəmi 7813.69 manat məbləğində borcun, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kartına dair müqaviləyə əsasən 2729.89 manat əsas; 767.61 manat faiz borcu olmaqla, cəmi 3497.50 manat borcun və ödənilmiş 123.93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə ilik 15 faiz dərəcəsi ilə 7800 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı Kredit müqaviləsinə əsasən ona kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən 7060.09 AZN əsas; 753.60 AZN faiz; cəmi 7813.69 AZN borcu, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kredit kartına dair müqaviləyə əsasən 2729.89 AZN əsas; 767.61 AZN faiz; cəmi 3497.50 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin 12 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Lakin borc məbləğini birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu ödəməkdən yayınmır. Borcunu hər hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 “Kredit Kartına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini və digər haqları Banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 15 faiz dərəcəsi tətbiq olmaqla 7800 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən 7060.09 manat əsas, 753.60 manat faiz borcu olmaqla, cəmi 7813.69 manat məbləğində borcu, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kredit kartına dair müqaviləyə əsasən 2729.89 manat əsas; 767.61 manat faiz borcu olmaqla, cəmi 3497.50 manat borcu yaranmışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh götürdüyü 7800 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7216/23 saylı rəydən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu 11 fevral 2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7055.01 manat, faiz borcu üzrə 614.37 manat, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2775.64 manat, faiz borcu üzrə 415.68 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsin əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi; Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 “Kredit Kartına dair” müqavilə və xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliyini tam və vaxtında icra etməmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlavə olaraq ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Bununla yanaşı müəyyən edilir ki, ekspert tərəfindən cavabdehin banka olan borcu 11 fevral 2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7055.01 manat, faiz borcu üzrə 614.37 manat, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2775.64 manat, faiz borcu üzrə 415.68 manat təşkil edir. Məhkəmə ekspert rəyini şübhə altına almaq üçün hər hansı əsas görmür. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kredit müqaviləsinə əsasən rəylə müəyyən olunan əsas borc məbləği iddia tələbində göstərilən məbləğdən çox olması müəyyən edilmişdir. İddiaçı iddia tələbini müdafiə etmişdir. Buna görə də məhkəmə iddia tələbində göstərilən məbləği daha əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən 7055.01 manat əsas; 614.37 AZN faiz və xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kartına dair müqaviləsinə əsasən 2729.89 manat əsas; 415.68 manat faiz borcu olmaqla, cəmi 10814.95 manat borc və ödənilmiş 123.93 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və dövlət rüsumu haqqında qanunun tələbləri baxımından iddiaçı tərəfindən ödənilmiş 123.93 (yüz iyirmi üç manat doxsan üç qəpik) manat Cavabdeh tutularaq iddiaçının xeyrinə, 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RGRR4794851A299 saylı kredit müqaviləsinə əsasən 7055.01 manat əsas; 614.37 AZN faiz: xx.xx.2021-ci il tarixli, BBLK4035771A170 saylı kartına dair müqaviləsinə əsasən 2729.89 manat əsas; 415.68 manat faiz borcu olmaqla, cəmi 10814.95 manat borc və ödənilmiş 123.93 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-33/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-33/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver