Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-332/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1196.25 (bir min yüz doxsan altı dollar, 25 sent) ABŞ dolları-bundan 282.15 (iki yüz səksən iki dollar, 15 sent) ABŞ dolları əsas, 163.45 (yüz aıtmış üç dollar, 45 sent) ABŞ dollarıfaiz, 708.37 (yeddi yüz səkkiz dollar, 37 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.28 (qırx iki dollar, 28 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 40.34 (qırx manat, 34 qəpik) AZN dövlət rüsumunun cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 28 mart 2024-cü il tarixə təyin edilmişdir. Lakin 28 mart 2024-cü il tarixdə İddiaçı ASC məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın baxılmamış saxlanılması barədə qərardan çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə elektron qaydada ərizə göndərmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 40.34 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC-nə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40.34 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-332/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-332/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver