Məhkəmə qərarları › İş №e-2(075)-336/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-336/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-336/2024 02.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 2113.47 manat, faiz borcu üzrə 0.92 manat olmaqla, cəmi 2114.39 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 41,14 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Səhmdarının 09 iyul 2021-ci il tarixli 04 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli RDA2- 010 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin illik 1.0 % olmaqla 60 ay müddətinə 2279.53 manat məbləğində qalıq kredit borcu illik 1 faiz hesablanmaqla 36 ay müddətinə ödəmək şərti ilə restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən qalıq 2279.53 manat əsas borcun və ona hesablanmış faizləri qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli Z-1 RDA2-010№-li Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli Z-1 RDA2-010№-li Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh1 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh3 hazırda olan borcu əsas borc üzrə 2113.47 manat, faiz borcu üzrə 0.92 manat olmaqla, cəmi 2114.39 manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı (kreditor) ilə Cavabdeh3 (Borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nə əsasən Kreditor Borclunun aldığı kredit üzrə müqavilə imzalanan tarixə vaxtı keçmiş 2279.53 manat əsas borcunu ödəməsi məqsədilə ödənişin illik faiz dərəcəsi 1 faiz olmaqla 3 il müddətinə uzadılmasını, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri ödəniş cədvəli üzrə kreditora ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən restruktruzasiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün öz üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də Cavabdeh3 öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 2113.47 manat əsas borc və 0.92 manat faiz borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2113.47 manat əsas borc və 0.92 manat faiz borcu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 41.14 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Qədirova Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 2113.47 (iki min bir yüz on üç manat, qırx yeddi qəpik) manat əsas borc, 0.92 (doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 2114.39 (iki min bir yüz on dörd manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 41,14 (qırx bir manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar