Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-357/2023 14.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: Bank Olmayan Kredit Təşkilatı İddiaçın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə əsas borcun, hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə islasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış L-SK-0050107-F saylı kredit və SK-00022978 saylı zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4569,59 manat (dörd min beş yüz altmış doqquz manat 59 qəpik) əsas borc, 88,85 manat (səksən səkkiz manat 85 qəpik) faiz borcu olmaqla, cəmi 4658,44 manat (dörd min altı yüz əlli səkkiz manat 44 qəpik) məbləğində kredit borcunun və ödənilmiş 67 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin Şəki Filialı arasında xx.xx.2019-cu il tarixli, L-SK-0050107-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 5212,81 manat (beş min iki yüz on iki manat 81 qəpik) məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə SK-00022978 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 643,22 manat (altı yüz qırx üç manat 22 qəpik), faiz borcu üzrə 78,78 manat (yetmiş səkkiz manat 78 qəpik) olmaqla cəmi 722 (yeddi yüz iyirmi iki) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 4569,59 manat (dörd min beş yüz altmış doqquz manat 59 qəpik), faiz borcu üzrə 88,85 manat (səksən səkkiz manat 85 qəpik) olmaqla cəmi 4658,44 manat (dörd min altı yüz əlli səkkiz manat 44 qəpik) məbləğində kredit borcu var. Təşkilatla borclunun zamini arasında bağlanmış SK-00022978 zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürürlər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə verir. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 24 dekabr 2019-cu il tarixli, L-SK-0050107-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 BOKT "xxxx" MMC ilə həmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə, illik 1 % olmaqla 5212,81 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli, SK-00022978 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 BOKT "xxxx" MMC qarşısındakı 24 dekabr 2019-cu il tarixli, L-SK- 0050107-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 24 dekabr 2019-cu il tarixli, L- SK-0050107-F saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-nə 4569,59 manat əsas borc, 88,85 manat faiz borcu olmaqla, cəmi 4658,44 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh2 24 dekabr 2019-cu il tarixli, L-SK-0050107-F saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən aldığı 5212,81 manat məbləğində borcu, ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli maaliyyə arayışından görünür ki, Cavabdeh2 24 dekabr 2019-cu il tarixli, L-SK-0050107-F saylı kredit müqaviləsinə əsasən götürdüyü borcundan 643,22 manat əsas borc, 78,78 manat faiz borcu olmaqla, cəmi 722 manat ödəniş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 oktyabr 2021-ci il və 22 sentyabr 2022-ci il tarixlərdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış məktublardan görünür ki, cavabdehlərə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bank tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyət daşıyırlar. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, L-SK-0050107-F saylı “Kredit” müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1 % olmaqla 5212,81 manat məbləğində kredit verilmişdir. Həmçinin 24 dekabr 2019-cu il tarixli, SK-00022978 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Kredit müqaviləsi əsasında iddiaçı təşkilat tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh1 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, 4569,59 manat (dörd min beş yüz altmış doqquz manat 59 qəpik) əsas borc, 88,85 manat (səksən səkkiz manat 85 qəpik) faiz borcu olmaqla, cəmi 4658,44 manat (dörd min altı yüz əlli səkkiz manat 44 qəpik) məbləğində kredit borcu və ödənilmiş 67 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4569,59 manat (dörd min beş yüz altmış doqquz manat 59 qəpik) əsas borc, 88,85 manat (səksən səkkiz manat 85 qəpik) faiz borcu olmaqla, cəmi 4658,44 manat (dörd min altı yüz əlli səkkiz manat 44 qəpik) məbləğində kredit borcu və ödənilmiş 67 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-357/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-357/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver