Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-369/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 (dörd min dörd yüz) manat borc məbləğinin, ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun, 115 (yüz on beş) manat kredit müqaviləsi haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahat verərək göstərmişdir ki, onunla Cavabdeh arasında 13 aprel 2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. O, həmin kredit müqaviləsinə əsasən cavabdehə 4000 manat pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. Həmin pulu da cavabdeh ona 13 iyul 2022-ci il tarixə tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi cavabdeh ona bir manatda olsa pul ödəməmiş və bununla da müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozulmuşdur. Hazırda cavabdehlə yalnız mobil telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsada, cavabdeh onun zənglərinə cavab vermir. Hətta cavabdehlə aralarında bağlanmış müqavilədə məbləğ 4000 manat göstərilsə də, əslində o, cavabdehə ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində borc pul vermişdir. Bu faktı cavabdeh özü də təsdiqləyir. Hətta məhkəmə prossesindən öncə cavabdehə o, qanun çərçivəsində, yəni pretenziya qaydasında məktub göndərmiş və o, həmin məktuba da heç bir reaksiya verməmişdir. Həmin məktubun cavabını o, bu günə kimi gözləsədə, cavab ala bilməmişdir. Bildirmişdir ki, kredit müqaviləsi bağlanan zaman ondan 115 manat əlavə pul da tələb olunub, həmin 115 (yüz on beş) manat kredit müqaviləsində də qeyd edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 13 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsinə əsasən borclu Cavabdeh borc məbləğini xx.xx.2021-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 04 iyul 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh borc olaraq götürdüyü 4000 manat məbləğində pulu 10 gün ərzində qaytarmasını bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün İddiaçı 4000 (dörd min) manat borc pul götürmüşdür. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə cəmi 4400 manat borc pul verdiyini iddia etmiş, lakin 4000 manat borcu verməsi ilə bağlı kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə 4000 manat məbləğində borcun iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı olan kredit müqaviləsini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasnda bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 4000 manat məbləğində borc pul almış həmçinin, aldığı pulu xx.xx.2022-ci il tarixdək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı tələb elədiyi 4000 manatdan artıq olan pulun cavabdehə verilməsi və kredit müqaviləsinin bağlanması ilə bağlı 115 manat pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində qeyd edilmişdir ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “borc alan” çəkir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 4000 məbləğində pul və 64 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 məbləğində pul və 64 manat dövlət rüsumu alınaraq İddiaçı veril verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-369/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-369/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver