Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-381/2024 13.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6695.67 (altı min altı yüz doxsan beş manat altmış yeddi qəpik) manat əsas, 523.08 (beş yüz iyirmi üç manat səkkiz qəpik) manat faiz və 140.44 (bir yüz qırx manat qırx dörd qəpik) borcu olmaqla, cəmi 7359.19 (yeddi min üç yüz əlli doqquz manat on doqquz qəpik) manat borcun və ödənilmiş 93.59 (doxsan üç manat əlli doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 13 fevral 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16.7 faizlə 36 ay müddətinə 7000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 6695.67 AZN əsas borc, 523.08 AZN faiz borc, 280.87 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7499.62 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 280.87 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 140.44 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən Cavabdeh illik 16.7 faizlə 36 ay müddətinə 7000 AZN kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 01 dekabr 2023 il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 aprel 2023 il tarixli kredit müqaviləsinə əsasən 6695.67 (altı min altı yüz doxsan beş manat altmış yeddi qəpik) manat əsas, 523.08 (beş yüz iyirmi üç manat səkkiz qəpik) manat faiz və 280.87 (iki yüz səksən manat səksən yeddi qəpik) borcu olmaqla, cəmi 7499.62 (yeddi min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xəbərdarlıq məktubunu aldığı vaxtdan 5 gün müddətində borcunu İddiaçı ASC-nə ödəməsi tələb olunmuş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı nəzərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən Cavabdeh 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 6695.67 (altı min altı yüz doxsan beş manat altmış yeddi qəpik) manat əsas, 523.08 (beş yüz iyirmi üç manat səkkiz qəpik) manat faiz və 140.44 (bir yüz qırx manat qırx dörd qəpik) borcu olmaqla, cəmi 7359.19 (yeddi min üç yüz əlli doqquz manat on doqquz qəpik) manat borc və ödənilmiş 93.59 (doxsan üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6695.67 (altı min altı yüz doxsan beş manat altmış yeddi qəpik) manat əsas, 523.08 (beş yüz iyirmi üç manat səkkiz qəpik) manat faiz və 140.44 (bir yüz qırx manat qırx dörd qəpik) borcu olmaqla, cəmi 7359.19 (yeddi min üç yüz əlli doqquz manat on doqquz qəpik) manat borc və ödənilmiş 93.59 (doxsan üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-381/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-381/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver