Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-398/2023 01.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı “Aqrarkredit" QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" QSC BOKT-un cavabdehlər "xxxx" MTK və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 02 avqust 2013-cü il tarixli 2013-İP-02 saylı kredit müqaviləsi üzrə 45865,63 manat əsas borc, 3434,44 manat faiz borcu olmaqla, cəmi 49300,07 manat borcun, 02 avqust 2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə 34512,30 manat əsas borc, 2294,54 manat faiz borcu olmaqla, cəmi 36806,84 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 80377,93 manat əsas borc, 5728,98 manat faiz borcu olmaqla, cəmi 86106,91 manat borcun, habelə ödənilmiş 400,0 manat mediasiya xərcinin tutulması; borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında inşa edilən 6 mərtbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388.0 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzilinə, habelə ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421,0 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldərək, cavabdehin həmin mənzillər üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 86106,91 manat borc məbləğinin və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı "xxxx" QSC BOKT məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2013-cü il tarixli 2013-İP- 03 nömrəli kredit müqaviləsi üzrə 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat borcun tutulması və borc tələbinin 02 avqust 2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldilərək, cavabdehin həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 36806,84 manat borc məbləğinin və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2013-cü il tarixli 2013-İP-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 10%-lə 63880 manat və 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən mənzil alınması məqsədi ilə ona 120 ay müddətinə illik 10%-lə 45421 manat məbləğində kredit verilmişdir. Qeyd olan kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi "İpəkçi-İnşaat” MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 18 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzil üzərində sahiblik və istifadə hüquqları, habelə "İpəkçi-İnşaat” MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtbəli binanın B blokunun 4-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzil üzərində sahiblik və istifadə hüquqları banka girov qoyulmuşdur. Girov müqavilələri notarial qaydada təsdiq edilmiş və Şəki filialının girovu kimi müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın Şəki filialı ilə "İpəkçi-İnşaat” MTK və Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 2013-İP-02 nömrəli və 21 avqust 2013-cü il tarixli 2013- İp-03 nömrəli zaminlik müqavilələrinə əsasən "İpəkçi- İnşaat” MTK "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın Şəki filialından Cavabdeh1 02 avqust 2013-cü il tarixli 2013- İP-02 nömrəli kredit müqaviləsi və 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Aqrarkredit" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 10 faiz olmaqla 120 ay müddətinə 45421 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın Şəki filialı ilə "İpəkçi-İnşaat” MTK və Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 2013- İp-03 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə zamin "İpəkçi- İnşaat” MTK bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərilərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 2013- İp-03 nömrəli girov müqaviləsinə əsasən "İpəkçi-İnşaat” MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtbəli binanın B blokunun 4-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzil banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri H.Əliyev küçəsi 61A, mənzil 30 "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" QSC BOKT Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə 22 aprel 2021-ci il tarixli ərizə ünvanlayaraq ünvan 2ildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 11 iyun 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 21 avqust 2013-cü il tarixli 2013- İp-03 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC BOKT-a 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" QSC BOKT-un nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh1 və "İpəkçi-İnşaat” MTK-nın nümayəndəsi isə iştirak etməmişdir. 400 manat məbləğində mediasiya xərci "xxxx" QSC BOKT tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Şəki şəhəri H.Əliyev küçəsi 61A, 30 saylı mənzilin bazar dəyəri 84000 manat, likvid dəyəri isə 80000 manat təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit razılaşmaları və kredit razılaşmasının təminatı olaraq ipoteka müqavilələri bağlanmışdır. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən borcverən 120 ay müddətinə aylıq 10 faiz ödəmək şərti ilə 45421 manat məbləğdə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 11 iyun 2021-ci il tarixli maliyyə arayışlarına əsasən 21 avqust 2013-cü il tarixli 2013- İp-03 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC BOKT-a 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə, cavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi iş materiallarında olan sənədləri 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit razılaşması üzrə əsas və faiz borcu hissəsində mötəbər hesab edir. Ona görə də, həmin hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli zaminlik müqavilələrinə əsasən digər cavabdeh – zamin də borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m olan 2 otaqlı 30 nömrəli mənzilə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC BOKT-a olan borc və çəkilmiş xərclər ödənilməlidir. Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m olan 2 otaqlı 30 nömrəli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən sahiblik və istifadə hüququnun itirilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehin həmin evə istifadə hüququnun itirilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə mediasiyadan keçmək qanunvericiliyə əsasən zəruri olmadığından ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehlərdən tutulmasını iddiaçı tələb etməkdə haqlı deyil. Ona görə də, mediasiya xərci olaraq ödənilmiş 400 manatın tələb edilməsi hissəsində iddia təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 02 avqust 2013cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən müştərək qaydada 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" QSC BOKT-a verilməli, borcun tutulması ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, olan 2 otaqlı, 30 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait hesabına cəmi 36806,84 manat kredit borcu İddiaçı QSC BOKT-a ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan 200 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutulmalı və "xxxx" MMC-nin (VÖEN: **********, Hesab AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) hesabına ödənilməlidir. İş üzrə 200.42 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən müştərək qaydada 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" QSC BOKT-a verilsin. Borcun tutulması ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri H.Əliyev küçəsi 61A ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m olan 2 otaqlı, 30 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına cəmi 36806,84 manat kredit borcu İddiaçı QSC BOKT-a ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci olan 200 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) hesabına ödənilsin. İş üzrə 200.42 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-398/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-398/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver