Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-41/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsi nümayəndələri X5 və X8 iştirakları ilə İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsinə qarşı maddi-mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətidən və Cavabdeh2ndən son üç il ərzində iddiaçının mülkiyyətinə vurulmuş ziyana görə əldən çıxmış fayda olaraq 16323 (on altı min üç yüz iyirmi üç) manat pulu və ödənilmiş 139 manat məbləğindəki dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq iddiaçılar İddiaçı və X6 verilməsi, cavabdehlərin hesabına iddiaçılara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehlər tərəfindən onlara dəymiş maddi ziyan və əldən çıxmış faydaya görə olan məbləğ tam şəkildə ödənilmişdir. Lakin qətnamə üzrə onlara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması hissəsi bu günə kimi cavabdehlər tərəfindən aradan qaldırılmamışdır. Nəticədə onlar məhkəməyə müraciət etdiyi dövrdən sonrakı dövrlər üzrədə ziyan çəkməkdə davam edir. Şəki Rayon Məhkəməsinin 2(075)-43/2022 nömrəli qətnamədən göründüyü kimi onlar 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün səpilmiş arpanın məhv edilməsinə görə ziyan görmüşdürlər və onların əldən çıxmış faydaları 5441 manat təşkil etmişdir. Artıq üç ildir onlar eyni cür ziyanlıq çəkməkdə davam edirlər. Onların bu üç il ərzində eyni səviyyədə arpa dənli bitçisi əkməklə müəyyən gəlir əldə edə bilərdilər. Lakin bu müddət ərzində cavabdeh tərəf məhkəmə proseslərini uzatmaqla, əsassız iddialar qaldırmaqla onlara məxsus torpaq sahəsinin yararlı vəziyyətə salınmasını yubatmışdır. Hal-hazıra kimi də bu prosesi həyata keçirməmişdirlər. Hətta məhkəmə qətanməsini icra etməməyə görə Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda onların üç il ərzində əldən çıxmış faydası 16323 manat təşkil edir. Məhz buna görədə onlar yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi onun və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində arpa əkmişlər. Cavabdehlər Azərbaycan Melorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən su anbarının daşdırılması nəticəsində onların mülkiyətində olan X10 qərarı əsasında verilmiş torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkilən arpa məhsulu isə tamamilə məhv olmuşdur. Bununla bağlı Şəki Rayon Məhkəməsinə müracit etmişlər. Şəki Rayon Məhkəməsinin 2(075)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq iddiaçılar İddiaçı və X6 verilməsi, cavabdehlərin hesabına iddiaçılara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması qət edilmişdir. Cavabdehlər tərəfindən onlara dəymiş maddi ziyan və əldən çıxmış faydaya görə olan məbləğ tam şəkildə ödənilmişdir. Lakin torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması hissəsi bu günə kimi cavabdehlər tərəfindən aradan qaldırılmamışdır. Buna görə də onlar hələ də məhkəməyə müraciət etdiyi dövrdən sonrakı dövrlər üzrədə ziyan çəkməkdə davam edirlər. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsi nümayəndələri X5 və X11 izahat verərək bildirdi ki, su anbarından suyun daşması nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə su dolmasını inkar etmirlər. Lakin həmin anbar su ilə doldurulmaması isti aylarda Şəki əhalisini və əkin sahələrinin susuz qalmasına gətib çıxaracaqdır. Hazırda həmin torpaq sahələrinin alınması üçün rəhbərlikləri tərəfindən addımlar atılır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında mübahisə predmet barəsində müstəqil tələb irəli sürən 3cü şəxs X9 cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən son 3 il ərzində onlara dəymiş ziyanın əvəzinin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin halları Şəki Rayon Məhkəməsinin 2 (075)-43/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq iddiaçılar İddiaçı və X6 verilməsi, cavabdehlərin hesabına iddiaçılara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5.0 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı qızının, ½ hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəki şəhər Statistika İdarəsinin 28 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, - 2020-ci ildə arpa məhsulunun orta məhsuldarlığı 33 sentner, buğda məhsulunun orta məhsuldarlığı 32 sentner; - 2021-ci ildə arpa məhsulunun orta məhsuldarlığı 32 sentner, buğda məhsulunun orta məhsuldarlığı 31.8 sentner; - 2022-ci ildə arpa məhsulunun orta məhsuldarlığı 25.2 sentner, buğda məhsulunun orta məhsuldarlığı 25.2 sentner; - 2023-cü ildə arpa məhsulunun orta məhsuldarlığı 10 sentner, buğda məhsulunun orta məhsuldarlığı 8 sentner olmuşdur. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2 28 fevral 2024-cü il tarixli, 33 nömrəli məktubundan görünür ki, rayonun Şəkikənd, Cəyirli və Aran kəndlərinin 3020 ha torpaq sahələrinin suvarma suyu ilə təminatı, həmçinin qeyd olunan kəndlərin 5600 nəfərə yaxın əhalisinin kommunal-məişət məqsədli su təminatının yaxşılaşdırılması üçün 2021-ci ilin 10 fevral tarixli 014ü saylı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əmri ilə ümumi su tutumu 1,23 mln.kbm olan X24 istifadəyə verilmişdir. X22 aid olan dövlət mülkiyyətli torpaq sahəsi 1999-cu ildə yerli aqrar islahat komissiyasının qeyri-qanuni qərarı ilə islahata daxil edilərək Qozlubulaq kənd sakinləri X7, İddiaçı və X6 pay torpaq şəklində verilmişdir. 1999-cu ildə yerli aqrar islahat komissiyasının qeyri-qanuni qərarını 2016-cı ildə heç bir araşdırma aparmadan adları qeyd olunan Qozlubulaq kənd sakinlərinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti (seriya RX №0947006) Çıxarış vermişdir. Bütün məhkəmə instansiyalarına qeyd olunan faktlar məlum olmasına baxmayaraq İddiaçı iddiası təmin olunaraq maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat, cəmi: 7000 manat ödənilmiş və həmçinin ona məxsus 5 ha torpaq sahəsi əkinə yararlı vəziyyətə gətirilmişdir. İddiaçı tərəfindən Şəki rayon Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməməsi ilə bağlı iddiası Şəki rayon Məhkəməsi tərəfindən inzibati xəta tərkibi olmadığından 15 fevral 2024-cü il tarixdə icraata xitam verilmişdir. 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün səpilmiş arpanın məhv edilməsinə görə əldən çıxmış 5441 manat faydanı növbəti 3 il ərzində 5441x3=16323 manat iddiası tam əsassızdır. 2021-ci ildə arpa məhsulunun orta məhsuldarlığı 32 sentner olmuşdur: 3200 kq x 5 ha = 16000 kq, çəkilən xərc 1500 kq x 5 ha = 7500 kq, əldən çıxmış fayda 16000 kq - 7500 kq = 8500 kq x 0,3 = 2550 manat 2022-ci ildə arpa məhsulunun orta məhsuldarlığı 25,2 sentner olmuşdur : 2520 kq x 5 ha = 12750 kq, çəkilən xərc 1500 kq x 5 ha = 7500 kq, əldən çıxmış fayda 12750 kq - 7500 kq = 5250 kq x 0,3 =1575 manat. 2023-cü ildə arpa məhsulunun orta məhsuldarlığı 10 sentner olmuşdur : 1000 kq x 5 ha = 5000 kq, çəkilən xərc 1500 kq x 5 ha = 7500 kq, əldən çıxan fayda 5000 kq - 7500 kq = - 2500 kq x 0,3 = 750 manat ziyanlıq. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən İddiaçı ödənilən 7000 (yeddi min) manat 3375 manat olmalı idi. Onun əlavə itirilmiş faydaya görə iddiası tam əsassızdır. 2023-cü ilin sentyabr ayından başlayaraq idarələri tərəfindən X22 yuxarıda qeyd olunanlar nəzərə alınaraq su toplanmamış və İddiaçı 2023-cü ilin payızında 2024-cü ilin məhsulu üçün əkin işlərinin aparmadan (lazımi şərait olmasına baxmayaraq) əldən çıxmış fayda tələb etməsi tam əsassızdır. X19 subasar və mühafizə zolağının altına düşən torpaq sahələri mülkiyyətçilərinin müəyyənləşdirilərək dövlət maraqları üçün satınalınması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri İdarəsinə rəsmi müraciət olunmuş və bu istiqamətdə işlər aparılır. Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Cəyirli kənd İƏD-si üzrə nümayəndəliyinin 02 iyul 2024-cü il tarixli, 40 nömrəli məktubundan görünür ki, 2021-ci əkin ilində Qozlubulaq kəndində yetişdirilmiş buğda məhsulunun orta məhsuldarlığı 31.8 sentner, 2022-ci əkin ilində Qozlubulaq kəndində yetişdirilmiş buğda məhsulunun orta məhsuldarlığı 25.2 sentner və 2023-cü əkin ilində Qozlubulaq kəndində yetişdirilmiş buğda məhsulunun orta məhsuldarlığı 8 sentner olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli, 9/8096 nömrəli ekspert rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəki şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-34-28/2-128/2024 nömrəli məktubunda göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 5 ha torpaq sahəsində 2021-2022-2023-cü illərdə yetişdirilə biləcək buğda məhsulunun orta bazar qiyməti ilə ümumi qiyməti nəzri qaydada təxminən 14425 (on dörd min dörd yüz iyirmi beş) manat müəyyən edilir. -2021-ci il üzrə - 7155 manat (3180 kq x 5 ha = 15900 x 0,45 manat) -2022-ci il üzrə - 5670 manat (2520 kq x 5 ha = 12600 x 0,45 manat) -2023-cü il üzrə - 1600 manat (800 kq x 5 ha = 4000 x 0,40 manat) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və X4 paylı mülkiyətində olan Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsində iddiaçılar tərəfindən arpa əkilmişdir. Həmin sahə Cavabdeh2nə məxsus su anbarının suları altında qalaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Melorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2 yarıtmaz işi nəticəsində onun birgə mülkiyyətçisi olduğu torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkdiyi arpa məhsulu isə tamamilə məhv olmuşdur. İddiaçı Şəki Rayon Məhkməsinə müraciət edərək ona dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsini və birgə mülkiyyətçisi olduğu torpaq sahəsinin əvvəlki istifadəyə yararlı vəziyyətə salınmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq iddiaçılar İddiaçı və X6 verilməsi, cavabdehlərin hesabına iddiaçılara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması qət edilmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasına baxmayaraq, Şəki Rayon Məhkəməsinin 2(075)-43/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən qismən icra edilmiş torpaq sahəsinin yararlı vəziyyətə salınması ilə bağlı heç bir tədbir görülməmişdir. İddiaçı ona dəymiş ziyanı özü hesablasada bununla bağlı iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən mərkəzdə olan məlumatlardan və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəki şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-34- 28/2-128/2024 nömrəli məktubunda göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 5 ha torpaq sahəsində 2021-2022-2023-cü illərdə yetişdirilə biləcək buğda məhsulunun orta bazar qiyməti ilə ümumi qiyməti nəzri qaydada təxminən 14425 manat (2021-ci il üzrə - 7155 manat (3180 kq x 5 ha = 15900 x 0,45 manat), 2022ci il üzrə - 5670 manat (2520 kq x 5 ha = 12600 x 0,45 manat), 2023-cü il üzrə - 1600 manat (800 kq x 5 ha = 4000 x 0,40 manat)) müəyyən edilmişdir. Məhkəmə bununla yanaşı iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının istifadəsində olan torpaq sahəsinin hər hansı bir hüquqi əsası olmadan yararsız hala salınması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə və ekspert rəyi ilə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borcunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsindən əldən çıxmış fayda olaraq 14425 (on dörd min dörd yüz iyirmi beş) manat pul alınaraq müştərək qaydada İddiaçı və X6 verilməlidir. İddia əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilən dövlət rüsumunun 5.72 manatı iddiaçının özünə aid edilməklə, 133.28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsindən əldən çıxmış fayda olaraq 14425 (on dörd min dörd yüz iyirmi beş) manat pul alınaraq İddiaçı və X6 verilsin. Ödənilən dövlət rüsumunun 5.72 manatı iddiaçının özünə aid edilməklə, 133.28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X23 Şəki Su X1 İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-41/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-41/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver