Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-424/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 274.85 (iki yüz yetmiş dörd manat səksən beş qəpik) manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 759sSHEKb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28% olmaq şərtilə 300 AZN məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Həmin kredit müqaviləsi üzrə Şəki Rayon Məhkəməsinə kiçik iddia qaydasında iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh 72.73 AZN əsas, 18.70 AZN faiz və 1.54 AZN cərimə borcu olmaqla, cəmi 92.97 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1882/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia tam təmin edilərək, Cavabdeh 72.73 AZN əsas, 18.70 AZN faiz və 1.54 AZN cərimə borcu olmaqla, cəmi 92.97 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması qət edilmişdir. Lakin iş sənədlərinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi həmin kredit müqaviləsi üzrə cavabdehin Unibank KB ASC-yə 292.02 AZN əsas, 71.85 AZN faiz və 3.95 AZN cərimə borcu olmaqla, cəmi 367.82 AZN borcu olmuşdur. Eyni zamanda iş sənədlərinə əlavə edilmiş dövlət rüsumundan görünür ki, 30.40 AZN rüsum uödənilmişdir. Nəticə etibarilə, maliyyə arayışında qeyd edilmiş cəmi 367.82 AZN-dən 2(075)-1882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ümumi qət edilmiş 92.97 AZN məbləği çıxdıqda, cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 274.85 AZN borcu qalmaqdadır. Dövlət rüsumunda qeyd edilmiş cəmi 30.40 AZN 2(075)-1882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədə nəzərdə tutulduğuna görə, cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə rüsum borcu qalmamaqdadır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 28 faiz olmaqla, 60 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 274 borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Nadiq oğlundan 274.85 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 274.85 (iki yüz yetmiş dörd manat səksən beş qəpik) manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-424/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-424/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver