Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-427/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 sentyabr 2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3254.01 manat, faiz borcuna görə 185.38 manat, dəbbə borcuna görə 393.86 manat olmaqla, cəmi 3833.25 manat məbləğində borcun və 59 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5600 manat məbləğində cavabdehə kredit verilmişdir. 04 sentyabr 2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 4-dən gec olmayaraq hər ay 274,20 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 04 sentyabr 2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3254.01 manat, faiz borcuna görə 185.38 manat, dəbbə borcuna görə 393.86 manat, borcun cəmi məbləği 3833.25 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 04 sentyabr 2023-cü il tarixli, SKNPU- 04000 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3254.01 manat, faiz borcuna görə 185.38 manat, dəbbə borcuna görə 393.86 manat, cəmi 3833.25 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istehlak məqsədləri üçün 24 ay müddətinə illik 16 % ödəmək şərtilə 5600 manat məbləğədək kredit verilmişdir. Eyni zamanda həmin tarixdə digər cavabdehlə zaminlik müqaviləsi də bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdelərə bildiriş göndərmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 393.86 manat cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 393.86 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKNPU-04000 saylı kredit müqaviləsi üzrə 196 manat məbləğdə cərimə borcunun tutulması məqsədəmüvafiqdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3254.01 manat əsas məbləğ üzrə borc, 185.38 manat faiz borcu, 196 manat cərimə borcu olmaqla, cəmi 3635.39 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 56.35 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən tələbi təmin edilsin. Cavabdeh 3254.01 (üç min iki yüz əlli dörd manat bir qəpik) manat əsas məbləğ üzrə borc, 185.38 (yüz səksən beş manat otuz qəpik) manat faiz borcu, 196 (yüz doxsan altı manat) manat cərimə borcu olmaqla, cəmi 3635.39 (üç min altı yüz otuz beş manat otuz doqquz qəpik) manat məbləğində borc, 56.35 (əlli altı manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-427/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-427/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver