Məhkəmə qərarları › İş №e-2(075)-442/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-442/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-442/2023 16.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4436.25 AZN əsas borc, 991.71 AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən isə 3341.00 AZN əsas borc, 958.90 AZN faiz borcunun və 117.28 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 3500 AZN kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 6490 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4436.25 AZN əsas; 991.71 AZN faiz; xx.xx.2021-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən isə 3341.00 AZN əsas; 958.90 AZN faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRED4602743A114 saylı kredit kartına dair müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 25 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit xətti açılmışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4577241A114 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 6490 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 4436,25 manat əsas borc, 991,71 manat faiz borcu, xx.xx.2021-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 3341 manat əsas borc, 958,90 manat faiz borcu vardır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 2765,64 manat məbləğində borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 6490 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRED4602743A114 saylı kredit kartına dair müqaviləyə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli GTKR4577241A114 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 6490 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4436.25 AZN əsas borc, 991.71 AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən isə 3341.00 AZN əsas borc, 958.90 AZN faiz borcunun və 117.28 AZN dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4436.25 AZN əsas borc, 991.71 AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən isə 3341.00 AZN əsas borc, 958.90 AZN faiz borcunun və 117.28 AZN dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar