Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-445/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14234.28 (on dörd min iki yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat əsas, 1755.17 (min yeddi yüz əlli beş manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 15989.45 (on beş min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat borcun və ödənilmiş 137.97 (bir yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 19 yanvar 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR0983129B299 saylı kredit müqaviləsinə əsasən onun kartına müddəti 38 ay, illik 24 faiz dərəcəsi ilə 14745 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 14234,28 AZN əsas; 1755,17 AZN faiz; cəmi 15989,45 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, GTKR0983129B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kartına 38 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 14745 AZN məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixli, GTKR0983129B299 saylı kredit müqaviləsinə əsasən götürdüyü 14745 (on dörd min yeddi yüz qırx beş) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 38 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 dekabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14234.28 (on dörd min iki yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat əsas, 1755.17 (min yeddi yüz əlli beş manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 15989.45 (on beş min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, GTKR0983129B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 14745 (on dörd min yeddi yüz qırx beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 14234.28 (on dörd min iki yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat əsas, 1755.17 (min yeddi yüz əlli beş manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 15989.45 (on beş min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat borc və ödənilmiş 137.97 (bir yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 14234.28 (on dörd min iki yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat əsas, 1755.17 (min yeddi yüz əlli beş manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 15989.45 (on beş min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat borc və ödənilmiş 137.97 (bir yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-445/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-445/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver