Məhkəmə qərarları › İş №e-2(075)-446/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-446/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-446/2024 14.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı kredit müqaviləsinə əsasən 1530,75 AZN əsas, 333,40 AZN faiz, cəmi 1864,15 AZN məbləğində borcun, xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı kredit müqaviləsinə əsasən 1918,88 AZN əsas, 273 AZN faiz, cəmi 2191,88 AZN borcun və ödənilmiş 60,56 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı kredit müqaviləsinə əsasən 1530,75 AZN əsas, 333,40 AZN faiz, cəmi 1864,15 AZN borcu, xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı kredit müqaviləsinə əsasən 1918,88 AZN əsas, 273 AZN faiz, cəmi 2191,88 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 27 faiz olmaqla 36 ay müddətinə müvafiq olaraq 1500 manat və 2000 manat məbləğində kredit kredit verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı kredit müqaviləsinə əsasən 1530,75 manat əsas, 333,40 manat faiz, cəmi 1864,15 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı kredit müqaviləsinə əsasən 1918,88 manat əsas, 273 manat faiz, cəmi 2191,88 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 465, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı kredit müqaviləsinə əsasən 1530,75 manat əsas, 333,40 manat faiz, cəmi 1864,15 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı kredit müqaviləsinə əsasən 1918,88 manat əsas, 273 manat faiz, cəmi 2191,88 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 60,56 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1712139B299 saylı kredit müqaviləsinə əsasən 1530,75 (bir min beş yüz otuz manat yetmiş beş qəpik) manat əsas, 333,40 (üç yüz otuz üç manat qırx qəpik) manat faiz, cəmi 1864,15 (bir min səkkiz yüz altmış dörd manat on beş qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BUMM2178266B299 saylı kredit müqaviləsinə əsasən 1918,88 (bir min doqquz yüz on səkkiz manat səksən səkkiz qəpik) manat əsas, 273 (iki yüz yetmiş üç) manat faiz, cəmi 2191,88 (iki min yüz doxsan bir manat səksən səkkiz qəpik) manat pul, 60,56 (altmış manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar