Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-449/2025 20.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı «TBC Kredit BOKT” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «TBC Kredit BOKT” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumlikdə 3550.18 (üç min beş yüz əlli manat on səkkiz qəpik) manat əsas borc, 282.04 (iki yüz səksən iki manat dörd qəpik) manat cari faiz borcu və 289.15 (iki yüz səksən doqquz manat on beş qəpik) manat cari dəbbə borcu olmaqla, cəmi 4121.37 (dörd min yüz iyirmi bir manat otuz yeddi qəpik) manat kredit borcu və işə məhkəmədə baxılması üçün ödənilmiş 62.40 (altmış iki manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «TBC Kredit BOKT” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «TBC Kredit BOKT” MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı «TBC Kredit BOKT” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «TBC Kredit BOKT” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "TBC Kredit BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli BAKU1- 78047-23644 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 20% faizlə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat kredit verilmiş və kreditin aylıq 164 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh17 dekabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 3550.18 manat əsas borc, 282.04 manat cari faiz borcu və 289.15 manat cari dəbbə borcu olmaqla, cəmi 4121.37 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, iddiaçı «TBC Kredit BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-78047-23644 saylı kredit müqavilədən görünür ki, Cavabdeh illik 20% faizlə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «TBC Kredit BOKT” MMC-nə 3550.18 (üç min beş yüz əlli manat on səkkiz qəpik) manat əsas borc, 282.04 (iki yüz səksən iki manat dörd qəpik) manat cari faiz borcu və 289.15 (iki yüz səksən doqquz manat on beş qəpik) manat cari dəbbə borcu olmaqla, cəmi 4121.37 (dörd min yüz iyirmi bir manat otuz yeddi qəpik) manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, xx.xx.2023-cü il tarixli BAKU1-78047-23644 saylı müqaviləyə əsasən illik 20% faizlə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı «TBC Kredit BOKT” MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 289.15 (iki yüz səksən doqquz manat on beş qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «TBC Kredit BOKT” MMC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «TBC Kredit BOKT” MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3550.18 (üç min beş yüz əlli manat on səkkiz qəpik) manat əsas borc, 282.04 (iki yüz səksən iki manat dörd qəpik) manat faiz borcu və 150 (yüz əlli) manat dəbbə borcu olmaqla, cəmi 3982,22 (üç min doqquz yüz səksən iki manat iyirmi iki qəpik) manat kredit borcu və işə məhkəmədə baxılması üçün ödənilmiş 62.40 (altmış iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq «TBC Kredit BOKT” MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3550.18 (üç min beş yüz əlli manat on səkkiz qəpik) manat əsas borc, 282.04 (iki yüz səksən iki manat dörd qəpik) manat faiz borcu və 150 (yüz əlli) manat dəbbə borcu olmaqla, cəmi 3982,22 (üç min doqquz yüz səksən iki manat iyirmi iki qəpik) manat kredit borcu və işə məhkəmədə baxılması üçün ödənilmiş 62.40 (altmış iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq «TBC Kredit BOKT” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-449/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-449/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver