Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-459/2022 03.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəmə bildirişi Cavabdeh çatdırılmamışdır. Bundan sonra iclas katibi X1 tərəfindən Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək ona məhkəməyə gələrək iddia ərizəsini götürməsi və iddiaya etiraz etməsi hüququ izah edilmişdir. Həmçinin iclas katibi Cavabdeh atası Mirdamət Məmmədovun da istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq övladına qarşı olan iddia barədə məlumat vermişdir. Butün bunlara baxmayaraq məhkəmə Cavabdeh məhkəmə bildirişinin çatdırılması üçün həmin bildirişi Şəki rayonu, Cəyirli kənd icra nümayəndəliyinə göndərmiş və həmin məhkəmə bildirişi 14.02.2022-ci ildə qəbul edilmişdir. Lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ondan dələduzluq yolu ilə 5000 manat pul almışdır. Bununla bağlı Nəsimi Polis İdarəsi tərəfindən cavabdehə ittiham elan edilmiş və barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İttihama əsasən cavabdehin ondan 5000 manat alması öz təsdiqini tapmışdır. Lakin bu günədək cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilməmiş və 5000 manat pul vəsaiti ona geri qaytarılmamışdır. Bildirmişdir ki, cavabdehə ittiham hökm oxunmuş və ona cəza təyin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 1(006)-522/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Mərdamıt oğluna qarşı irəli sürülmüş ittihamda dələduzluq nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi azaldılaraq 1,600 ABŞ dolları müəyyən olunmuş və hadisə baş verən ərəfədə 01 ABŞ dollarının məzənnəsini 1,70 manat təşkil etdiyindən bu zərər milli məzənnə ilə 2720 manat qəbul edilmişdir. İşdə olan 09 fevral 2022-ci il tarixli telefonoqramdan görünür ki, hakim köməkçisi X1 09 fevral 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-459/2022 saylı iş üzrə özünə məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək iddia tələbi ilə bağlı məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi iddiaçı işdə olan ittiham aktına əsaslanaraq cavabdehədən 5000 manat pul tələb edir. Lakin iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 1(006)-522/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Mərdamıt oğluna qarşı irəli sürülmüş ittihamda dələduzluq nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi azaldılaraq 1,600 ABŞ dolları müəyyən olunmuşdur. Həmçinin həmin hökmlə hadisə baş verən ərəfədə 01 ABŞ dollarının məzənnəsinin 1,70 manat təşkil etdiyindən bu zərər milli məzənnə ilə 2720 manat qəbul etmişdir. Göründüyü kimi məhkəmə hökmü ilə iddiaçının cavabdehə vermiş olduğu məbləğ 5000 manat deyil, 2720 manat məbləğində qəbul edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən vermiş olduğu pulu 5000 manat ifadəsində manatla tələb etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutlmalı olan məbləğ Nəsimi rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 1(006)-522/2021 saylı hökmü ilə müəyyən olunmuş 2720 manat ifadəsində manatla alınıb verilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2,720 məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2,720 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-459/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-459/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver