Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-465/2025 10.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı m “yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsindən və yaşayış sahəsinə verilən məişət qazından istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı2 və İddiaçı1 istifadə hüququnun tanınması, həmin fərdi yaşayış evindən istifadəyə Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması, Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportla Cavabdeh1 məxsus hissəsinə verilən məişət qazından istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yaşayırlar. İddiaçı1 13 dekabr 1988-ci il tarixdə X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və həmin fərdi yaşayış evinə gəlin gəlmişdir. Onların birgə nikahlarından xx xxxxxx 1996-cı il tarixdə İddiaçı2 adlı övladları olmuşdur. Göründüyü kimi İddiaçı1 1988-ci il tarixdən, İddiaçı2 ilə anadan olan gündən yəni 1996-cı ildən halhazıradək həmin fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi X1 atası X2 məxsus olmuş və sonuncunun arvadı İddiaçı1 İslam qızı ilə nikahları pozulduqdan sonra Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə X5 ilə X11 arasında bölünmüşdür. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X5 həmin fərdi yaşayış evindən özünə düşən payını digər oğlu X7 ilə dəyişmişdir. X11 isə öz payına düşən hissəsini nəvəsi Cavabdeh1 bağışlamışdır. Hazırda həmin fərdi yaşayış evinin ½ X3, digər ½ hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi İddiaçı1 1988-ci ildən, digər İddiaçı2 isə 1996-cı ildən həmin fərdi yaşayış evində yaşamaqla istifadə hüquqları mövcuddur. Lakin həmin fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi Cavabdeh1 onları həmin fərdi yaşayış evindən çıxarmaq istəyir. Lakin onlar ona həmin fərdi yaşayış evində istifadə hüququnun olmasını bildirərək, evdən çıxmaqdan imtina etdikdə o, həmin evdən çıxmaq məcbur etmək üçün daha öncə İddiaçı1 adına olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləni İddiaçı1 xəbəri olmadan dəyişdirərək Cavabdeh2 İB-nin Zaqatala RQİİ-nin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilişini dayandırmışdır. Göründüyü kimi iddiaçıların həmin fərdi yaşayış evindən istifadə hüquqları 1988 və 1996cı illərdə yaranmış və tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 etirazını təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirdi. İddia tələbi onun mülkiyyət hüququnun pozur. İddiaçılar qanunsuz olaraq ona məxsus evdə 19 ildir ki, yaşayırlar. Mülkiyyətçinin iradəsi əleyhinə qazın verilməsinin bərpası qanunaziddir. O, öz evinə gedə bilmir. İddiaçılar ilə bir damın altında yaşamaq mümkün deyildir. İddiaçılar tərəfindən ona maddi və mənəvi zərər vurulmağa davam edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 cavabdehlər X6 və Cavabdeh2nə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı2 və İddiaçı1 istifadə hüququnun tanınması, həmin fərdi yaşayış evindən istifadəyə Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportla Cavabdeh1 məxsus hissəsinə verilən məişət qazından istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işin məhkəmə baxış iclası xx.xx.2025-ci il saat 10:30-a təyin edilmişdir. İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı iddia tələblərinin qaz paylayıcısına münasibətdə Cavabdeh2 aşağıdakıları bildirir. Belə ki, iddiaçıların ərizələrində göstərdikləri fərdi yaşayış evində hazırda istehlakçı kimi Cavabdeh1 qeydiyyatdadır və mənzilin **********40000 saylı qaz hesabı onun adına rəsmiləşdirilmişdir. Eyni zamanda Cavabdeh1 ilə sonuncu dəfə xx.xx.2024-cü il tarixli AK02896/12-24 saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Ona görə də hazırkı müqavilə münasibətlərində qaz paylayıcı qismində alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kimi Cavabdeh2 və istehlakçı olaraq alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən fiziki şəxs kimi Cavabdeh1 çıxış edir. Tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə əsasən isə müayinə və texniki baxışların, texniki xidmətlərin, istehlak edilmiş qazın dəyərinin ödənilməsi və s. ilə bağlı qaz paylayıcıs və istehlakçının hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Müayinə və texniki baxışların, texniki xidmətlərin göstərilməsinin və ortaya çıxan neqatif hallarının nəticələrin rəsmiləşdirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edilir. Bildiyiniz kimi qanunvericilikdə də ailə üzvlərinin dairəsi (ər-arvad, valideynlər və uşaqlar) müəyyənləşdirildiyindən hazırkı iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 oğlunun ailə üzvlərinin təsir dairəsinə düşmədiyindən yuxarıda qeyd olunan sənədləşmələrin aparılmasında səlahiyyətli şəxslər deyildir. Belə bir vəziyyətdə isə Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən fərdi yaşayış evində ehtimal olunan qaz sızmasından baş verə və insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisələr zamanı Cavabdeh2 müqavilə tərəfi olaraq məsuliyyət altına düşəcəkdir. Bu səbəbdən göstərilən ünvanda aparılan sənədləşmələrdə istehlakçı və onun ailə üzvləri faktiki iştirak etmədiyindən əvvəlcədən ehtimal olunan bədbəxt hadisələrin qarşısının alınması, eyni zamanda istehlakçının tələbi olduğundan və İddiaçı2 və İddiaçı1 müqavilə tərəfi kimi çıxış etmədiyindən qaz təchizatı ilə bağlı qanunvericilik qaz təminatının dayandırılmasını şərtləndirməkdədir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh2 ilə iddiaçılar arasında Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən fərdi yaşayış evinin təbii qaz təchizatı ilə bağlı müqavilə münasibətləri olmadığından, müqavilə münasibətləri Cavabdeh1 ilə yarandığından, eyni zamanda hazırkı iddiaçılar Cavabdeh1 ailə üzvlərinin təsir dairəsinə düşmədiyindən İddiaçı2 və İddiaçı1 qaz paylayıcısına münasibətdə tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişlər. Cavabdeh1 məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları; İddiaçı1 İslam qızı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 İslam qızı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Şəhər Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli 511 nömrəli arayışı və qeydəalma vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsində yerləşən, 1979-cu ildə tikilmiş, 1 mərtəbəli, 54 kv.metr yaşayış sahəsi, 108,6 kv.metr köməkçi sahəsi, 162,6 kv.metr ümumi sahəsi, üç yaşayış otağından ibarət mənzilin 1/2 ikidə bir hissəsini nəvəsi Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.metr yaşayış, 108,6 kv.metr köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1/2, X3 1/2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Şəki şəhəri Çələbixan məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Şəki şəhəri, M.Cabbarov küçəsi, 23 A saylı evdə İddiaçı1 və oğlu İddiaçı2 yaşayır. 12 dekabr 2024-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi rasında qazın alqı-satqısı müqaviləsindən və balans mənsubiyyəti sərhəddi barədə aktdan görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında istehlakçıdır, qazın sərfinə görə hesablaşma aparılması üçün sayğac quraşdırılmışdır. Təbii qaz təchizatında aşkarlanan çatışmazlıqların aradan qaldırılması barədə 13 dekabr 2024-cü il tarixli 21 nömrəli aktdan görünür ki, abonent Cavabdeh1 ərizəsinə əsasən qaz təminatı qaynaq vasitəsilə dayandırılmışdır. Təbii qaz təchizatında aşkarlanan çatışmazlıqların aradan qaldırılması barədə 17 dekabr 2024-cü il tarixli 37 nömrəli aktdan görünür ki, abonent Cavabdeh1 ərizəsinə əsasən istəyi ilə qaz təminatı qaynaq vasitəsi ilə dayandırıldığı halda qanunsuz olaraq ev nümayəndələri tərəfindən qoşulmuşdur. Qaz təminatı təkrar qaynaq vasitəsi ilə dayandırılmışdır. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 02 mart 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı2 ilə Cavabdeh1 şəxsi münasibət zəminində baş vermiş münaqişə barədə HK-1/346 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü mаddəsinə görə yаşаyış evi mülkiyyətçisinin özünə məxsu olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı işin mübahisəsiz halıdır ki, İddiaçı1 1988-ci ildən, İddiaçı2 1996-cı ildən sözügedən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdeh1 həmin evin ½ hissəsinə mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdən dövlət tərəfindən qeydiyyata alınmışdır. İddiaçılar isə həmin evdən qeyd edilən tarixdən əvvəl yaşamağa başlamışlar. Cavabdeh1 iddiaçıların evdən istifadə etməsinə qəti etiraz edir. Digər Cavabdeh2 İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən fərdi evə qaz verilişi Cavabdeh1 müraciəti əsasında xx.xx.2024-cü il tarixdə qaz təminatı dayandırılmış, xx.xx.2024-cü il tarixdə ev sakinləri tərəfindən yenidən qoşulma qaynaq vasitəsi ilə dayandırılmışdır. Nəticədə, iddiaçılar İddiaçı1 və İddiaçı2 evdən və evə verilən məişət qazından istifadəyə yaradılmış maneələrin mövcud olması aşkardır. Məhkəməm qeyd edir ki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. Göründüyü kimi iddiаçılar mübаhisəli evə köçərkən hər hansı qeyd-şərtin olmasını sübut edə bilməmişdir. İddiaçılar hələ də mübahisəli evdə yaşayır, istifadə edir. İddiaçıların Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən istifadə hüquqları mövcuddur. Bununla bağlı əlavə məhkəmə qətnaməsi qəbul etməyə zərurət yoxdur. Cavabdehlər isə evdən istifadə hüququnun reallaşmasına maneə yaradırlar. Təhlil edilən işdənagah olduğu kimi, cavabdehlərin evdən istifadə hüququ olan şəxslərin hüquqlarını pozan hərəkətləri qanunsuzdur, hüquqdan sui-stifadədir. Bu hal aradan qaldırılmalıdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəyə Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılmalı, Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportla Cavabdeh1 məxsus hissəsinə verilən məişət qazından istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılmalı və təbii qazın verilməsi bərpa edilməlidir Tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəyə Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması, Şəki şəhəri, M.Cabbarov küç, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportla Cavabdeh1 məxsus hissəsinə verilən məişət qazından istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İBnin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılsın və təbii qazın verilməsi bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-465/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-465/2025
10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver