Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-468/2025 03.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı kredit müqaviləsi üzrə 1991.89 (min doqquz yüz doxsan bir manat səksən doqquz) qəpik manat əsas borc və 46.69 (qırx altı manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2038.58 (iki min otuz səkkiz manat əlli səkkiz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 40.79 (qırx manat yetmiş doqquz qəpik) manat məbləğində vəsait həmçinin xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqaviləsi üzrə 1049.13 (min qırx doqquz manat on üç qəpik) manat əsas borc və 6.49 (altı manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1055.62 (min əlli beş manat altmış iki qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.96 (otuz manat doxsan altı qəpik) manat məbləğində vəsaitin vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-469/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-468/2025 nömrə ilə qeydiyyata alınmış İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-469/2025 nömrə ilə qeydiyyata alınmış İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilməsi və mülki işlərin 2(075)-468/2025 nömrə ilə qeydiyyata alınması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə borclu Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Borclu xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. İddiaçı "xxxx" KB ASC ilə borclu Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Borclu xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı kredit sazişindən görünür ki, Cavabdeh oğluna 84 ay müddətinə illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit sazişindən görünür ki, Cavabdeh oğluna 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 1991.89 (min doqquz yüz doxsan bir manat səksən doqquz) qəpik manat əsas borc və 46.69 (qırx altı manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2038.58 (iki min otuz səkkiz manat əlli səkkiz qəpik) manat borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 1049.13 (min qırx doqquz manat on üç qəpik) manat əsas borc və 6.49 (altı manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1055.62 (min əlli beş manat altmış iki qəpik) manat borcu vardır. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Məmmədova Əminəxatın Zəkəriyyə qızı 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1111 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Əminəxatın Zəkəriyyə qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-874 nömrəli xx.xx.2023 il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Məmmədova Əminəxatın Zəkəriyyə qızının vərəsəsi oğlu Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Xətai Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat pul vəsaitindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Məmmədova Əminəxatın Zəkəriyyə qızının adına qeydiyyata alınmış daşınmaz əmlak qeydiyyata alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Məmmədova Əminəxatın Zəkəriyyə qızının vəfatı tarixinə əmək pensiyası üzrə alınmamış məbləğ aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Məmmədova Əminəxatın Zəkəriyyə qızı arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 84 ay müddətinə illik 29% ödəmək şərtilə 2000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Lakin, Məmmədova Əminəxatın Zəkəriyyə qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məmmədova Əminəxatın Zəkəriyyə qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məmmədova Əminəxatın Zəkəriyyə qızı öldükdən sonra onun vərəsəsi oğlu Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı Xətai Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat pul vəsaitini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Məmmədova Əminəxatın Zəkəriyyə qızının ölümündən sonra ondan qalmış miras əmlakı Xətai Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat pul vəsaiti miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən az olduğundan, iddiaçı mərhum Məmmədova Əminəxatın Zəkəriyyə qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat hissədə yəni pul vəsaitini vərəsəlik qaydasında qəbul etdiyi məbləğ miqdarında tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı və xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqavilələri üzrə ödənilməmiş 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 5538sNFT/19 saylı və xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqavilələrinə əsasən 451.59 (dörd yüz əlli bir manat əlli doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Unibank KB» ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-468/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-468/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver