Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-469/2025 25.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-469/2025 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-468/2025 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4502nkNFT/20 saylı kredit müqaviləsi üzrə 1049.13 manat əsas və 6.49 manat faiz olmaqla, cəmi 1055.62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.96 AZN məbləğində vəsaitin vərəsəsi- Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 23 dekabr 2024-cü il tarixdə, 2(075)- 469/2025 nömrə ilə qeydiyyata alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-468/2025 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, vəsatətin dəlilləri ilə razılaşaraq hesab edir ki, mülki işlərə baxılma tezliyinin təmin olunması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və tərəflərin hüquqlarının təmin edilməsinin zərurətini nəzərə alaraq, hesab edir ki, mülki işlər bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-469/2025 saylı mülki iş iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 468/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-469/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-469/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver