Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-471/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Sadiq oğluna qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq oğlundan 5106,38 manat məbləğində əsas kredit bоrcu və 47,66 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5154,04 manat borcun və 71,55 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 43280***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən yuxarı olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 387.33 manat olmaqla hər ayın 01-dək ödənilmək şərti ilə) 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş, öhdəliklərini pozmuşdur. Bu səbəbdən ona xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş, borcunu 3 (üç) gün müddətində tam məbləğdə ödəməsi tələb edilmişdir. Lakin cavabdehə müraciət edilməsinə baxmayaraq, kredit və kreditdən istifadəyə görə faiz borcunu tam olaraq ödəməmişdir. Cavabdehin banka borcu xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 5106.38 manat əsas, 47.66 manat faiz olmaqla, ümumi kredit borcunun məbləği 5154.04 manat təşkil edir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Sadiq oğlundan 2694,79 manat məbləğində əsas kredit bоrcu və 25,19 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2719,98 manat borcun və 71,55 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə Cavabdeh Sadiq oğlu məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirr. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh Sadiq oğlu maddi vəziyyəti yaxşı olmadığı üçün bir neçə ay ödənişləri vaxtında edə bilmədiyini, lakin son 3-4 aydır ki, ödənişləri vaxtı-vaxtında etdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 43280***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, həmin müqavilə əsasında Cavabdeh Sadiq oğluna 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdehna 36 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 387.33 manat olmaqla hər ayın 01-dək ödənilmək şərti ilə) 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. - Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh Sadiq oğluna 43280***-*******02 saylı müqaviləyə əsasən 11000 AZN kredit məbləğini almışdır. - xx.xx.2024-cü il tarixli kredit borcunun faizinin və penyanın hesablanması haqqında arayışından görünür ki, borcalanın banka 5106,38 manat əsas borc və 47,66 manat faiz borcu olmaqla, 5154,04 manat borcu mövcuddur. - 22 iyul 2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh Sadiq oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2694.79 manat əsas, 25.19 manat faiz borcu mövcuddur. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə 6757,24 manat əsas, 100,76 manat faiz, 6,67 manat cərimə olmaqla cəmi 6864,67 manat borcun 3 təqvim günü ərzində geri ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirmişdir. - xx.xx.2024-cü il tarixli **********40 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 71,55 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 43280***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 387.33 manat olmaqla hər ayın 01-dək ödənilmək şərti ilə) 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş, öhdəliklərini pozmuşdur. Bu səbəbdən də, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sadiq oğlundan 2694,79 manat məbləğində əsas kredit bоrcu və 25,19 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2719,98 manat borcun və 71,55 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 43280***-*******02L saylı əsas kredit limiti razılaşmasının 1.1, 1.4, 2.1 və 2.2-ci bəndlərindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 47,19 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 2694,79 (iki min altı yüz doxsan dörd manat yetmiş doqquz qəpik) manat məbləğində əsas bоrc və 25,19 (iyirmi beş manat on doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2719,98 (iki min yeddi yüz on doqquz manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 47,19 (qırx yeddi manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev