Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-481/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK7760276b299 saylı kredit müqaviləsinə əsasən 600 manat əsas, 184.77 manat faiz, cəmi 784.77 manat pul vəsaitinin, xx.xx.2024-cü il tarixli BRCB6083673B109 saylı kredit müqaviləsinə əsasən 1383.38 AZN əsas, 259.65 AZN faiz, cəmi 1643.03 AZN borcun və 44.28 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən ona 33 faiz dərəcəsi ilə 12 ay müddətinə 600 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB6083673B109 saylı kredit müqaviləsinə əsasən ona 32 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTZK7760276B299 saylı kredit müqaviləsinə əsasən 600 AZN əsas; 184,77 AZN faiz;cəmi 784,77 AZN borcu, xx.xx.2024-cü il tarixli BRCB6083673B109 saylı kredit kartına dair müqaviləyə əsasən 1383,38 AZN əsas; 259,65 AZN faiz; cəmi 1643,03 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı (kreditor) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən Kreditor Borcalana illik faiz dərəcəsi 33 faiz olmaqla, 12 ay müddətinə, xx.xx.2024-cü il tarixli BRCB6083673B109 saylı kredit kartına dair müqaviləyə əsasən kreditor Borcalana illik faiz dərəcəsi 32 faiz olmaqla kredit verməyi, borcalan isə verilmiş krediti və ona hesablanan faizləri ödəniş cədvəli üzrə kreditora ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 600 manat əsas, 184.77 manat faiz, cəmi 784.77 manat pul vəsaitinin, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 1383.38 AZN əsas, 259.65 AZN faiz, cəmi 1643.03 AZN borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 600 manat əsas, 184.77 manat faiz, cəmi 784.77 manat pul vəsaitinin, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 1383.38 AZN əsas, 259.65 AZN faiz, cəmi 1643.03 AZN borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 44.28 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 600 (altı yüz) manat əsas, 184.77 (yüz səksən dörd manat yetmiş yeddi qəpik) manat faiz, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 1383.38 (bir min üç yüz səksən üç manat otuz səkkiz qəpik) AZN əsas, 259.65 (iki yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz borcu, ümumilikdə 2427.8 (iki min dörd yüz iyirmi yeddi manat səksən qəpik) manat borc məbləği və ödənilmiş 44.28 (qırx dörd manat iyirmi səkkiz qəpik) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-481/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-481/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver