Məhkəmə qərarları › İş №e-2(075)-483/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-483/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-483/2023 09.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)-5604/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün Cavabdeh alınaraq ona ödənilən aliment məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun qızı İddiaçı Cavabdeh ilə 27 yanvar 2006-cı il tarixdə el adəti ilə ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Qızı ailə qurduqdan sonra cavabdehlə bir müddət səmimi yaşasalar da sonradan onların aralarında olan səmimi ailə münasibətləri pozulmuş və onlar 27 dekabr 2015 il trixdən ayrılmışlar. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkidiyi üçün cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-5604/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Bildirmişdir ki, cavabdeh iddiaçının və uşaqların maddi ehtiyacları ilə maraqlanmır, onlara hər ay ödədiyi aliment məbləğindən əlavə heç bir yardım göstərmir. Hal-hazırda İddiaçı valideyinlərinin köməkliyi ilə uşaqları çox çətinliklə saxlayır. Uşaqların maddi tələbatların heç cür ödəyə bilmir. Cavabdeh isə özünə məxsus bahalı avtomobillərdə gəzərək müxtəlif ərazilərdə olan evlərində gözəl günlər keçirərək öz həyatına davam edir və onların heç bir maddi tələbatları ilə maraqlanmır. Uşaqların artıq üçü də məktəblidir və universitetə hazırlaşırlar. Cavabdehin hər ay ödədiyi aliment məbləği heç uşaqların hazırlıq xərclərini qarşılamır. Uşaqların günügündən tələbatları daha da artır. Lakin cavabdeh heç bunların fərqində olmamaqla yanaşı uşaqlarının qayğısına da qalmır. Cavabdeh hal-hazırda Rusiya Federasiyasında fərdi əməklə məşğul olur. Həmin işlərlə o, hər ay kifayət qədər pul qazanır. Onun hər uşağın saxlanması üçün hər ay 220 (ikiyüz iyirmi) manat ödəməyə maddi imkanı var. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 fevral 2008-ci il tarixli, AZ-İ 104874 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 12 sentyabr 2007-ci il təvəllüdlü X2 atası hesab edilməsi faktı, atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 21 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2010-cu il tarixli, AZ-İ 152046 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 30 aprel 2009-cu il təvəllüdlü X5 atası hesab edilməsi faktı, atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 10 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 yanvar 2014-cü il tarixli, AZ-İ 253455 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 18 aprel 2013-cü il təvəllüdlü X1 atası hesab edilməsi faktı, atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 10 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 fevral 2008-ci il tarixli, AZ-İİ 054944 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 sentyabr 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2010-cu il tarixli, AZ-İİ 404600 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30 aprel 2009-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 yanvar 2014-cü il tarixli, AZ-İİİ 241216 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 aprel 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(075)-5604/2017 saylı qətanaməsindən görünür ki, 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 90 manat olmaqla, cəmi 270 manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 25 avqust 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 dekabr 2022-ci il tarixli, MŞŞ/1/-01891 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 10 dekabr 2022-ci il tarixində 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan X3 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(075)-5604/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən iddiaçı tərəfindən ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(075)-5604/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 12 sentyabr 2007-ci il təvəllüdlü X6, 30 aprel 2009-cu il təvəllüdlü X7 və 18 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(075)-5604/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar