Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-484/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2 və X5 iştirakı ilə İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və X18.qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2015-cı ildə qaynı, yəni Cavabdeh2 Şamil oğlu ona müraciət edərək aldığı təmirsiz mənzilləri təmir etdirmək istədiyini, lakin bunun üçün pulu olmadığından ona borc pul verməsini xahiş etmişdir. O, Vüqardan borcunu necə qaytaracağını soruşduqda Vüqar, onun verəcəyi borc pul məbləği ilə təmirsiz mənzilləri təmir etdirdikdən sonra kirayə verib alacağı kirayə pulu ilə borcunu hissə-hissə olmaqla qaytaracağını bildirmişdi. O, Vüqarın yaxın qohumu olmasını, həmin mənzilləri də əvvəllər ona verdiyi borc əsasında aldığını və aldığı borcunu ona qaytarmasını nəzərə alaraq ona yenə də borc vermək qərarına gəlmişdir. Buna görə ilə 22 aprel 2015-cı il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Belə razılığa gəlmişlər ki, borc məbləğini tələb etdiyi vaxtdan 3 ay ərzində geri qaytaracaq. Borc pulun bir hissəsini bank vasitəsi ilə şəxsən öz adından, bır hissəsini isə yanınıda işləyən bacısı oğlu X7 vasitəsilə Cavabdeh2 Şamil oğluna göndərmişdir. Öz adından bank vasitəsilə Cavabdeh2 Şamil oğluna 13 may 2015-cı il tarixdə 5000 ABŞ dolları, 22 iyun 2016-cı il tarixdə 5000 ABŞ dolları, 14 dekabr 2016-cı il tarixdə 67537,84 Rusiya rublu, 14 avqust 2019-cu il tarixdə isə 200000 Rusiya rublu məbləğdə pul göndərmişdir. Bacısı oğlu X3 vasitəsi ilə isə bankdan Cavabdeh2 Şamil oğluna 09 sentyabr 2016-cı il tarixidə 5000 ABŞ dolları, 30 may 2017-ci il tarixdə 4000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixdə 5000 ABŞ dolları məbləğdə pul göndərmişdir. Bundan başqa aralarında olan razılığa əsasən o, cavabdehə icazə vermişdir ki, ona məxsus ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili kirayə versin və kirayə haqqını da özünə götürsün. Cavabdeh2 Şamil oğlu, ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili 1 aylıq kirayə haqqı 380 manat olmaqla 21 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 18240 manat məbləğində pulu və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili 1 aylıq kirayə haqqı 350 manat olmaqla 16 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 16800 manat məbləğində pulu borc olaraq özünə götürmüşdür. Beləliklə Cavabdeh2 Şamil oğlu ondan 35040 manat, 24000 ABŞ dolları və 267537 Rusiya rublu məbləğində borc almış və bu günə qədər də borcunu ödəməmişdir. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadı ilə iddia tələbinin “35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması” hissəsi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə, iddia ərizəsinin 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun X18.qızından tutulması hissəsinə hüquqi qiymət vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən borc pul Vüqara göndərilsə də, Vüqar həmin pulu ailəsinə xərcləmişdir. Ona görə də, həmin məbləğlər cavabdeh qismində həm Vüqardan, həm də Ülkərdən tələb edilir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ümumi məbləğdən 2000 manatını iddiaçının evinin təmirinə xərcləmişdir. Tələb edilən qalan məbləğləri isə öz ailəsinə xərcləmişdir. Həmin məbləğləri iddiaçı ona ev almaq məqsədi ilə vermişdir. Qeyd edilən borc məbləğlərinin ona verilməsindən digər cavabdeh X5 da məlumatı olmuşdur. İddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Vüqarla 2000-ci ildə ailə qurmuş, 2020-ci ildə isə ayrılmışdır. Vüqarla evli olduğu müddətdə iddia tərəfindən ona heç bir borc məbləği verilməmişdir. İddia ərizəsində qeyd edilən evlərin hər ikisi 2015-ci ilə kimi alınmış və təmir etdirilmişdir. İddiaçının Vüqara göndərdiyi pul onun öz evinin təmirinə xərclənmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 aprel 2015-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, X2 Vüqar Şəmil oğluna borc pul vermişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, 35.040 manat, habelə ödəniş günü milli manata məzənnədə 24.000 ABŞ dolları və 267.537,84 rubl pulun Cavabdeh2 tutulub X13 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)-1698/2021 saylı qətnaməsindən görünür ki, X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-2572/2022 saylı qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)-1698/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X10 Cavabdeh2 qarşı 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(075)-20/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək ½ payın müəyyən edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh2 X6 qarşı X8 və X11 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470600,84 Rubl və 40.540 manat məbləğində borcun ½ hissəsinin və 30 manat dövlət rüsumunun X4 tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə ilk iddia qismən təmin edilməsi, tərəflərin birgə nikahları dövründə əldə edilmiş və Cavabdeh2 adına rəsmiləşdirilmiş Şəki şəhəri, X21 prospekti, ev 149B, 12 saylı mənzilin, SAS MTK tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ş.Bünyadzadə küçəsi, ev 12, sahəsi 47.7 kv/m olan 151 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, (indiki Əsəd Əhmədov 24) "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasında 2 otaqlı, sahəsi 75 kv/m olan, 1192 saylı mənzilin, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanında olan yaşayış binasında 3 otaqlı, sahəsi 142 kv/m olan, 2066 saylı mənzillərin üzərində Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızının ½ pay hüququnun müəyyən edilməsi, hüquqi yardım üçün ödənilmiş 650 manat pulun Cavabdeh2 tutularaq Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızına ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızının özünə aid edilməsi, Cavabdeh2 X6 qarşı X8 və X11 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470600,84 Rubl və 40.540 manat məbləğində borcun ½ hissəsinin X4 tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh2 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2(107)-1266/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(075)-20/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli, 2(102)-1913/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(107)-1266/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ragimov X16 Federasiyasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, 2015-cı ildə Cavabdeh2 Şamil oğluna aldığı təmirsiz mənzilləri təmir etdirmək məqsədi ilə borc pul vermişdir. Bu barədə tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Bundan başqa iddiaçı, Bakı şəhərində yerləşən və ona məxsus olan iki mənzili də kirayə verərək həmin kirayə haqlarını da cavadehə borc olaraq vermişdir. Hazırkı vaxtadək Cavabdeh2 Şamil oğlu iddiaçıya borclu olduğu məbləğləri qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən borc məbləğlərini Cavabdeh2 Şamil oğlu ilə yanaşı onun keçmiş həyat yoldaşı olan digər cavabdeh X4 da tələb edir. Cavabdeh2 Şamil oğlu iddianı qismən qəbul etsə də, X12 qeyd edilən borc məbləğindən xəbəri olmadığnı, ümumiyyətlə iddiaçının Vüqara borc pul verdəyini qeyd edərək, iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, X1 Vüqar Şəmil oğluna qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək ½ payın müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırarkən Cavabdeh2 da qarşı qarşılıqlı iddia ərizəsi verərək X8 və X11 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470600,84 Rubl və 40.540 manat məbləğində borcun ½ hissəsinin və 30 manat dövlət rüsumunun X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin onun bu tələbi təmin edilməmişdir. Göründüyü kimi, apellyasiya və kassasiya instansiyası məhkəmələri Cavabdeh2 X6 qarşı olan qarşılıqlı iddiasını təmin etməməyərək, tələb edilmiş pul məbləğlərinin X4 da tutulmamasını əsaslı hesab etmişlər. Beləliklə, Cavabdeh2 tələb edilən borc pulun X4 tutulması yuxarı instansiya məhkəmələrinin qərarları ilə mümkünsüz hesab edildiyindən, eyni zamanda pulun verilməsinə əsas olmuş borc müqaviləsinin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmasını əsas götürən məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh X6 qarşı 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 341 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı oğlunun cavabdeh X6 qarşı 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 341 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-484/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-484/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver