Məhkəmə qərarları › İş №e-2(075)-486/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-486/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-486/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 208.86 manat əsas, 0.36 manat faiz borcu və 0.42 manat cərimə olmaqla, cəmi 209.64 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin və 0.40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019cu il tarixli 17984 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1410.30 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 17984 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1410.30 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1410.30 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (“Kredit üzrə ödəniş cədvəli”) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 17984 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X1 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 17984 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək kredit öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 208.86 manat əsas, 0.36 manat faiz borcu və 0.42 manat cərimə olmaqla cəmi 209.64 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 17984 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə kredit vermişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 17984 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirsə də Cavabdeh2 öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehlərin 208.86 manat əsas, 0.36 manat faiz borcu və 0.42 manat cərimə olmaqla, cəmi 209.64 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 465, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məbləğ üzrə borc 208.86 manat əsas, 0.36 manat faiz borcu və 0.42 manat cərimə borcu, cəmi borc 209.64 manat məbləğində pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.00 manat dövlət rüsumunun əvəzi 0.40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 208.86 (iki yüz səkkiz manat səksən altı qəpik) manat əsas, 0.36 (sıfır manat otuz altı qəpik) manat faiz və 0.42 (sıfır manat qırx iki qəpik) qəpik cərimə olmaqla, cəmi 209.64 (iki yüz doqquz manat altmış dörd qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar